Page 220 - Sholom_Aleyhem_Макет 1
P. 220

BERL-AYZİK
                             Amerika möcüzәlәri



                “Amerika – yalançılar ölkәsidir”, “Amerika yalançıları.”
                Bu ölkәyә yenicә ayaq basanlar belә deyir. Cavandırlar, nә
            dediklәrini özlәri dә bilmirlәr. Amerika bizim Kasrilovkanın heç
            dırnağının tozu da ola bilmәz vә yaxşı tanıdığım Berl-Ayzik
            bütün amerikalı yalançıları büküb cibinә qoyar!
                Berl-Ayzik necә adamdır? Eh, bunu bilmәyә nә var? Adәtәn,
            bizim Kasrilovkada adamın gözünün içinә baxıb ağ yalan
            söylәdiyini dәrhal başa düşürlәr, sözünü kәsib deyirlәr: “Sәn
            Allah, Berl-Ayzik kimi gopa basma!” Danışan şәxs eyhamı
            anlayıb susur.
                Kasrilovka әhalisinin dilindә gәzәn bir әhvalat Berl-Ayzikin
            kimliyi barәdә tam tәsәvvür yaradır. Pravoslavların belә bir adәti
            var: Pasxa bayramında iki şәxs qarşılaşanda biri digәrinә şad
            xәbәr verir ki, Mәsih dirilib! O birisi cavabında deyir: “Hәqiqәtәn,
            dirilib!” Belә bir hadisәni tәsәvvürә gәtirәk: hansısa xristian
            diribaş bir yәhudi ilә rastlaşır vә ona xoş xәbәr verir: “Mәsih
            dirilib”.  Yәhudi özünü itirәcәk, bilmәyәcәk nә cavab versin.
            “Hәqiqәtәn, dirilib” – deyә bilmәz, çünki bu, yәhudi dininә
            ziddir. Desә ki, dirilmәyib, – zibilә düşәcәk! Diribaş yәhudinin
            cavabı belә olacaq: “Hә, elәdir, mәn bayaq bunu Berl-Ayzikdәn
            dә eşitdim...”
                İndi, tәsәvvür edin ki, hәmin bu Berl-Ayzik  Amerikaya
            yollanıb, bir neçә il orada qalandan sonra Kasrilovkaya qayıdıb.
            Berl-Ayzik Amerika möcüzәlәri haqqında nәlәr danışmır?
                – Birincisi, hara baxırsan, ağzın açıla qalır. Adamlar böyük
            pullar qazanır, sәrvәtinin sayı-hesabı yoxdur, yığıb-yığışdıra
            bilmirlәr, әlini hara atırsan, qızıl çıxır! İş quranda, ticarәtә
            başlayanda – oranın dili ilә buna “biznes” deyirlәr...
                Böyük şәhәrlәrdә nә desәn baş verir. Azad mәkandır, әlindәn
            gәlәni beş qaba çәk! Fabrik, yaxud dükan açmaq istәyirsiz,




             220
   215   216   217   218   219   220   221   222   223   224   225