Page 221 - Sholom_Aleyhem_Макет 1
P. 221
Berl‐Ayzik
buyurun! Ürәyinizcә deyilsә, sәyyar alver edin, bu da alınmasa,
zavodda işә girin – azad ölkәdir! Acından ölsәniz dә, yıxılıb
küçәnin ortasında qalsanız da, kimsәnin vecinә deyil, hamı harasa
tәlәsir, hәrә öz işi ilә mәşğuldur…
Bәs şәhәrlәr! Geniş küçәlәr! Uca göydәlәnlәr! Buradakı
“evciklәr” “volvort” adlanır, bacaları buludlara baş vurur! Sanki
bir neçә yüz mәrtәbәdәn ibarәtdir. Düşünürsәn: görәsәn, çardağa
necә qalxırlar? Xüsusi pillәkәnin kömәyilә – “eleveytor” adlanır.
Әgәr yuxarı mәrtәbәyә qalxmaq lazımdırsa, sәhәr tezdәn eleveytora
minirsiniz vә tәxminәn axşamçağı, dua vaxtı mәnzilbaşına
çatırsınız.
Bir dәfә hәvәslәnib yuxarı qalxdım, oradan açılan mәnzәrәyә
baxmaq maraqlı idi, açığı, peşiman olmadım. Ömrümdә belә
şeylәr görmәmişdim, hәtta tәsvir etmәk dә mümkün deyil. Demәk,
yuxarıda dayanıb aşağı baxıram, sol yanağımda nәsә qәribә
sәrinlik hiss edirәm, sanki kiçik buz parçası üzümә toxunur, buz
olmasa da, elә bil soyuq xaşdır – nәsә sürüşkәn vә titrәyәn bir
şeydir. Ehtiyatla başımı sola çevirirәm, ilahi, bu ki aydır!
Onlar orada yaşayırlar. Bütün hәyatları boyu ancaq tәlәsir,
yüyürür vә qaçırlar. Hәr şeyi tez-tәlәsik edirlәr, hәtta yemәyi dә
yol gedә-gedә yeyirlәr. Çaparaq restorana gәlir, şәrab sifariş
verir, yemәyә isә... Özüm şahidi oldum ki, birinә boşqabda nәsә
tәzә bir şey gәtirdilәr, tәrpәnirdi, çәngәl-bıçaqla kәsmәyә macal
tapmamış boşqabdakının yarısı bir tәrәfә, digәr yarısı isә o biri
tәrәfә uçdu, guya bu adam nahar elәdi dә!
Buna baxmayaraq, hamı sağlamdır! Pәhlәvan cüssәlidir!
Onların belә bir şakәri var – stritdә, yәni küçәnin ortasında
döyüşmәk. Bizdәki kimi, adamı, Allah elәmәmiş, döymәk,
öldürmәk, gözünün altını qaraltmaq, dişlәrini tökmәk istәmirlәr.
Elә-belә, sәbәbsiz, qollarını çırmalayıb bir-birinә yumruq atırlar!
Görәk kim-kimi? Maraq üçün! Onlarda bu, boks adlanır. Bir
dәfә Bronksda gәzirәm, әlimdә dә xırda-para şey-şüy, iki cavan
yaxınlaşıb mәni döyüşә çәkmәyә başlayırlar – bokslaşmaq
istәyirlәr. Deyirәm: “Ser, mәn bokslaşmıram”. Kimә deyirsәn?
221