Page 223 - Sholom_Aleyhem_Макет 1
P. 223

Berl‐Ayzik

             – Әgәr elәdirsә, onların nәyi bizdәn yaxşıdır? Biz dә ölürük,
          onlar da!
              – Elәdir, ölmәyinә ölürlәr, amma mәsәlә burasındadır ki,
          necә ölürlәr? Әslindә, dünyanın hәr yerindә eyni cür ölürlәr.
          Әsas mәsәlә dәfndir, bax mәsәlәnin canı budur! Birincisi,
          Amerikada belә bir qayda var: hәr kәs әvvәlcәdәn harada dәfn
          olunacağını bilir. Hәlә sağ ikәn qәbiristanlığa yollanır – orada
          buna “semeteriya” deyirlәr – özü üçün yer seçir vә qiymәti
          razılaşdırır. Sonra arvadı ilә semeteriyaya gәlib deyir: “Görürsәn,
          әzizim, sәn burada, mәn dә yanında yatacağam, orada isә
          övladlarımız!” Bundan sonra dәfn bürosuna gedib gәlәcәkdә
          (yüz iyirmi ildәn sonra!) hansı dәrәcәli dәfn mәrasimi istәyirsә,
          sifariş edir. Orada nә az-nә çox, üç dәrәcә var: birinci, ikinci,
          üçüncü. Birinci dәrәcә – varlılar, milyonçulardan ötrüdür, dәfnin
          qiymәti min dollardır. Nә demәk olar, bu, әsl dәfndir! Günәş şә -
          fәq saçır, gözәl hava, gümüşü rәngdә dәfn xәrәklәri, qara katafalk,
          ağ lәlәklәrlә bәzәdilmiş vә belinә çil-çil örtük salınmış atlar.
          Ravvinlәr, kantorlar vә xidmәtçilәr dә qara geyinib, ancaq
          düymәlәri ağdır, karetlәr ard-arda düzülüb! Dini mәktәb şagirdlәri
          irәlidә addımlayıb uca sәslә oxuyurlar: “Allahın hüzurunda haqq
          dayanacaq...” Onların sәsi bütün şәhәrә yayılır! Min dollar –
          zarafatdır?
             İkinci dәrәcә – bu da yaxşı dәfndir, beş yüz dollara başa
          gәlir, amma min dollarlığa çata bilmәz. Hava tutqundur, necә
          deyәrlәr, o qәdәr dә ürәkaçan deyil. Dәfn xәrәklәri qara katafal -
          kdadır, amma gümüşü bәzәyi yoxdur. Atlar vә müşayiәtçilәr qara
          geyinib, nә ağ lәlәklәri, nә dә ağ düymәlәri var. Karetaların sayı
          elә dә çox deyil. Dini mahnı oxuyan uşaqların sayı azdır, sәslәri
          dә güclә çıxır... Әlbәttә, beş yüz dollara uyğun oxuyurlar...
             Üçüncü dәrәcә – bu, yoxsul dәfnidir, qiymәti cәmi yüz dol -
          lar dır. Hava sәrin, hәm dә tutqundur. Dәfn xәrәklәri katafalksızdır.
          Cәmi iki at vә iki müşayiәtçi var, karetlәr gözә dәymir. Öndә
          irәlilәyәn uşaqlar tez-tez çaşır, sözlәri ahәngsiz deyirlәr: “Allahın
          hüzurunda haqq dayanacaq...”





                                                              223
   218   219   220   221   222   223   224   225   226   227   228