Page 218 - Sholom_Aleyhem_Макет 1
P. 218
Şolom Aleyxem
onun edam vaxtını dәqiqәsinә, saniyәsinә kimi bilirdim. Sonradan
qәzetdә oxudum ki, üç nәfәrdәn biri (üç adamı eyni vaxtda edam
ediblәr) ölümlә xeyli çarpışıb, cüssәli bәdәninә (soyadı Bron -
şteyndir) görә onu iki dәfә asmağa mәcbur olublar... Qәzetlәr
belә yazmışdı, biz dә oxumuşduq, daha doğrusu, mәn vә Roza.
Qәzetlәri nәnә vә nәvәdәn gizlәtmişdik...
Evdә dulların sayı artdı: üçüncü dul qadın!.. Ev yasa qәrq
oldu, hәr otaqda ölü, cansız bir nisgil dolaşırdı, hәyatın bütün
rәnglәri solmuşdu, nә danışan vardı, nә gülәn. Bu nisgili tәsvir
etmәk mümkün deyil, әks tәqdirdә, onu hörmәtdәn salmış olursan.
Sizin yazıçılar, bәlkә dә, bu nisgili lağa qoyardılar. Amma bu
nisgil barәdә susmaq da mümkün deyil. Hәr şey keçmişdә qalıb,
xatirәlәrdә yaşayır. Üç dul qadın – üç fәrqli hәyat. Dolğun yox,
yarımçıq hәyat, daha doğrusu, hәyatın bir parçası. Hәyat çox
gözәl başlamışdı, ömür sәhifәlәri poeziya ilmәlәrinә bәnzәyirdi,
parlaq işıq saçırdı – bir anın içindә söndü!.. Özümü kәnara
qoyuram. Elә hesab edin ki, mәn yoxam. Yәni hәr gün onlara
gәlirәm, sәhәrdәn-axşama qәdәr oturub ötәn illәrdәn danışır,
xoşbәxt günlәri xatırlayırıq: dünyadan köçmüş әziz dostum
Pinyadan, әdalәtli vә alicәnab Şapirodan, qәhrәman Mişa
Qruzeviçdәn. Sonradan qәzetlәr yazmışdı ki, o, kimya sahәsindә
dahi imiş... Hәr dәfә dul qadınlardan ürәkağrısı ilә ayrılıb
özlüyümdә fikirlәşirәm: hәyatımı niyә belә sәfehcәsinә uduzdum?
İlk sәhvimi harada vә necә buraxmışam? Bәs son sәhvim necә
olacaq? Hәr üçünü ürәkdәn sevirәm, әziz adamlarımdır, üçündәn
biri mәnim ola bilәrdi. Bәlkә, indi dә gec deyil... Hәr üçü mәni
bәyәnir, amma heç birinә lazım deyilәm, mәnsiz keçinә bilmirlәr,
bununla belә, özümü onların heç birinә sırımıram. Bir gün
gәlmәyәndә alәm qarışır, yarım saat artıq oturanda isә görürәm
ki, utanıb-çәkinmәdәn mәni yola salmağa bәhanә axtarırlar.
Mәnimlә mәslәhәtlәşmәdәn heç bir iş görmürlәr, amma hansısa
mәsәlә barәdә iradımı bildirәndә deyirlәr ki, hәr işimizә qarışırsan!..
Özümdәn çıxıb yollanıram evә, qapı-pәncәrәni bağlayıb pişiyimi
alıram qucağıma, xidmәtçiyә tapşırıram: soruşan olsa, de ki,
218