Page 217 - Sholom_Aleyhem_Макет 1
P. 217

Üç dul qadın

          elәmişdi. Qruzeviçin adı Mişa idi. Dul qadınların sevimlisinә
          çevrilmişdi. Adı dillәrindәn düşmürdü, bütün günü bu oğlandan
          danışır, yalnız onun qayğısına qalırdılar. İndi isә gәrәk hamı
          farağat dayansın, kimsә yatmasın, dilinә heç nә vurmasın, su
          içmәsin. Niyә? Çünki Mişanın başı dәrddәdir! Mişanı hәbs
          ediblәr! Mәhkәmәsi olacaq! Mişanı mütlәq xilas etmәk lazımdır!
          Demәk asandır! Onu hәbsdәn necә qurtarmaq olar? Görüş
          vermirlәr! Nә mәni, nә dә doğmalarını yanına buraxırlar! Anladım
          ki, vәziyyәt hәddindәn artıq ağırdır, әn yaxşı halda onu sürgün,
          pis halda isә dar ağacı gözlәyir!.. Görürәm yeriniz narahatdır,
          bura, pәncәrәyә yaxın әylәşin. Deyәsәn, söhbәt sizi bezdirdi, hә?
          Heç nә olmaz! Mәn sizdәn dә çox bezmişәm! Sizә nә var ki!
          Әhvalatı dinlәyib (indi yekunlaşdırıram) sakitcә evinizә gedәcәk -
          siniz, mәn isә hәyatımın acılarıyla tәkbәtәk qalacağam.
             Ay sәni, unutdum, harda qalmışdıq? Hә, mәhkәmәnin
          hökmündә: edam cәzası verdilәr.  Yәqin, dәfәlәrlә qәzetlәrdә
          oxumuşsunuz, bu gün filan yerdә iki nәfәri edam etdilәr, dünәn
          filan yerdә üç nәfәri dar ağacından asdılar. İndi adam başı kәsmәk
          toyuq başı kәsmәkdәn asandır. Siz isә özünüzü elә göstәrirsiniz
          ki, guya dünya vecinizә deyil.  Yırğalanan kresloya yayxanıb
          bihuşedici qoxu saçan Havana siqarından tüstülәdirsiniz, yağlı
          kökә ilә bir fincan qәhvә içirsiniz. Orda isә sizә yaxın bir adam,
          bәlkә dә, qәlbindә, damarlarında hәyat eşqi çağlayan әziziniz dar
          ağacından sallanır, ölümün pәncәsindә çırpınır, son nәfәsini verir.
          Özünüzü necә hiss edәrdiniz? Cәlladların aman vermәdiyi insanın
          meyiti hәlә soyumayıb, qıc olub, bunu necә, tәsәvvürünüzdә
          canlandıra bilәrsinizmi? İnsana olmazın әzablar verirlәr, o, bu
          әzablardan qurtulub tezliklә ölmәk istәyir, amma cәllad ipi onun
          boğazına möhkәm bağlamayıb, ip bu talesiz adamın ağırlığına
          davam gәtirmәyib qırılır, o, yarımcan halda yerә yıxılır, nә sağdır,
          nә dә ölü, yalnız gözündәki son hәyat işartısı ilә yalvarır ki, daha
          dözә bilmirәm, işimi bitirin. Nә dediniz? Bu barәdә danışmağı
          sevmirsiniz? Yaman tәrssiniz. Elә mәn dә sizin kimi! Tәsәvvür
          edin, Mişaya görә haralara getmәdim, kimlәrin qapısını döymәdim,





                                                              217
   212   213   214   215   216   217   218   219   220   221   222