Page 212 - Sholom_Aleyhem_Макет 1
P. 212

Şolom Aleyxem

            Roza dul qaldı. İndi evdә iki dul qadın yaşayırdı: Payya – birinci
            dul qadın, Roza – ikinci dul qadın. Şapironun ölümündәn üç ay
            sonra Feygele dünyaya gәldi. Bu körpәni üçümüz dә ürәkdәn se-
            virdik, bütün asudә vaxtımızı qızcığaza hәsr edirdik. Birinci dul
            qadına olan mәhәbbәtim, ikinci dul qadına olan sevgi romanım
            illәr boyu uzanırdı. Belә qәrara gәlmişdim: qoy Feygele böyüsün,
            yetkinlik yaşına çatsın, onda vәziyyәtә baxarıq... Xahiş edirәm,
            mәn danışanda kitaba boylanmayın – yaxşı vәrdiş deyil! Rica
            edirәm, söhbәtә diqqәtlә qulaq asın, çünki yeni әhvalat başlayır.
                Barәmdә, nә istәsәniz, düşünә bilәrsiniz, fanatik deyilәm,
            heç vaxt tәrs adam olmamışam. Hәmişә zamanla ayaqlaşmağa
            çalışmışam. Adamlardan geri qalmamışam, gәnc nәslin yeniliyә
            can atmasını görüb sevinmişәm, kimsәyә sәdd çәkmәmişәm,
            badalaq vurmamışam.
                Özünü hamıdan ağıllı sayanların tәkәbbürlü iddialarına dözә
            bilmirәm: necә olur ki, dünәn yumurtadan çıxan cücә bu gün
            toyuğa yaşamağın yollarını öyrәdir? Birinci yumurta yaranıb,
            yoxsa toyuq?.. Sәfehlәr! Yumurtadan tәzә çıxan cücә qiymәtlidir!
            Bacarıqlıdır! Ağıllıdır! Biz, yaşlı nәsil cavanların sözünü diqqәtlә
            dinlәmәliyik, çünki gәnc adamın beyni itidir, oxuyub-öyrәnir,
            araşdırır, axtarır, tapır, kәşf edir. Bәs necә! Yoxsa ki, köhnәlikdәn
            toz basmış, kif bağlamış, özünü müdrik sayan, hәrәkәt etmәyә
            taqәti qalmayan qocalar! Düzdür, müasir cavanlara acığım tutur,
            çünki bizi saymır, vecә almırlar, deyirlәr, guya eşşәk bizdәn
            yaxşıdır, onların nәzәrindә biz, ümumiyyәtlә, adamlıqdan uzağıq.
            Yәni mövcud deyilik, buxarlanmışıq! Yoxuq, vәssalam!.. Tәsәvvür
            edin, bizә, yәni dul qadınların evinә, daha doğrusu, Feygelenin
            yanına üç nәfәr ana uşağı gәlir.  Tәlәbәdirlәr, ya kimdirlәr,
            Tanrıdan başqa kimsә bilmir! Qara köynәk geyinirlәr, saçları da
            uzun. Ay uşaq, kimsәn? Dillәnmirlәr! Gәl ki, danışanda ağızlarına
            çullu dovşan yerlәşmir, Musa peyğәmbәri yox, Karl Marksı Tanrı
            sayırlar!  Yaxşı da, nә deyirәm, sayın! Buna görә özümü
            öldürmәyәcәyәm ki? Sosializm ideyaları elә mәnә dә yad deyil,
            kapitalın, proletariatın, iqtisadi mübarizәnin vә başqa şeylәrin nә
            demәk olduğunu yaxşı bilirәm... Әslinә qalsa, özüm dә...




             212
   207   208   209   210   211   212   213   214   215   216   217