Page 207 - Sholom_Aleyhem_Макет 1
P. 207
Üç dul qadın
olduğunu deyә bilmәrәm, amma uşaqları, hәqiqәtәn, çox sevirәm –
bu, faktdır! Balacalardan başqa kimi istәyәsәn? Sifәtindәn әclaflıq
yağan bu porsuqları? Hәyatda dadlı yemәkdәn, bahalı siqardan
vә kartdan başqa heç nә bilmәyәn sәrsәmlәri? Bәlkә, deyәsiniz
ki, cәmiyyәtin hesabına varlanıb ona arxa çevirәnlәri sevim?
Onlar imkan düşәn kimi hәr küncdә-bucaqda alәmә car çәkirlәr
ki, ümdә mәqsәdlәri cәmiyyәtin firavanlığıdır... İnanan daşa
dönsün! Bәlkә, ürәyinizdәn keçir ki, meylimi adını “burjuaziya”
qoyub dünyanı dәyişmәyә çalışan bu “ana uşaqlarına’’ salım?
Onlar mәni hansısa “ekspropriasiya” naminә evimi satıb pulu
bölmәyә mәcbur edirlәr. Bәlkә, әmr edәsiniz ki, yüngül әxlaqlı
gözәlçәlәri sevim? Onların qarın doydurmaqdan, brilyant taxıb
göz qamaşdırmaqdan, teatra gedib özlәrini kişilәrә bәyәndirmәkdәn
başqa mәşğuliyyәtlәri yoxdur. Yaxud saçıkәsik әrsiz qadınları?
Әvvәllәr onlara “nihilist” deyirdilәr, indi dә dönüb “eser”, “kadet”
olublar, hәrәsi dә gözәl bir tәxәllüs seçib. Deyirsiniz, köhnә, is-
laholunmaz subay, deyingәn vә mizantropam, buna görә dә
kimsәni bәyәnmirәm? Tutaq ki, belәdir, bu, kimә sәrfәlidir?
Demәk belә, harda qalmışdıq? Hә, uşaqda, Feygeledә, ona olan
sevgimizdә. Gecәni, gündüzü ona sәrf edirdik, çünki bu körpә
üçümüzü birlәşdirәn amilә çevrilmişdi, ondan güc vә enerji
alırdıq, mәnasız vә kobud hәyatın acılarını bizә unutdururdu.
Şәxsәn mәnim üçün uşaq gizli ümidlәrin mәnbәyi idi. Әgәr
Rozaya münasibәtimi xatırlasanız, nәyi nәzәrdә tutduğumu
asanlıqla anlayarsınız. Uşaq böyüdükcә, qәlbimdәki ümidlәr dә
çiçәk açırdı: gün gәlәr, subaylığın daşını ataram, xoşbәxt vә şirin
hәyatdan kam alaram... Bu fikirlәrlә yaşayan tәkcә mәn deyildim,
Payya da ürәyindә belә düşünürdü. Hәrçәnd bu barәdә kәlmә dә
kәsmәmişdik, lakin hәr şey günәş kimi aydın idi vә günlәrin
birindә mütlәq baş verәcәkdi... Yәqin, soruşacaqsınız ki, insanlar
bir-birini ilk baxışdan necә başa düşür? Bu, ona dәlalәt edir ki,
sizin “psixologiya”dan xәbәriniz var, amma adamları yaxşı
tanımırsınız... Mәsәlәn, bir mәnzәrә tәsvir edәcәyәm vә görәcәksiniz
ki, adamlar bir-birini yarım kәlmәdәn necә anlayırlar.
207