Page 203 - Sholom_Aleyhem_Макет 1
P. 203

Üç dul qadın

          sәyahәtә çıx, ürәyin istәyәn kimi yaşa. Amma bu, onlara azlıq
          edir! Yox, gәrәk alәmә car çәksinlәr, özlәrini gözә soxsunlar ki,
          burda bizik, Bağdadda kor xәlifә! Uzun sözün qısası, bu iki
          şәrikә Şapironun idarә etdiyi gәlirli zavod azlıq edirdi. Biznesi
          genişlәndirdilәr, başladılar onu alıb, bunu satmağa, taxıl, düyü
          alverinә baş qoşdular, axırda da ev alqı-satqısına girişdilәr. ...Nә
          isә, çәrxi-fәlәk fırlandı, nә fırlandı, onlar artıq ayaqlarının altını
          da görmürdülәr vә günlәrin bir günü hәr şey әllәrindәn çıxdı,
          müflis oldular. Bizim Şapironu da öz fırıldaq işlәrinә qatıb bütün
          borc veksellәrini yüklәdilәr onun boynuna vә aradan çıxıb
          Amerikaya qaçdılar. Görünür, orada, amerikalılar demişkәn, hәr
          şey “oll rayt” idi, yәni rahat sığınacaq qurmuşdular. Şapiro isә
          xirtdәyәcәn borcun içindә itib-batırdı, kreditorlar ona nәfәs
          dәrmәyә imkan vermirdilәr. Böyük qalmaqal yarandı, iş o yerә
          çatdı ki, adamlar onun zavod rәhbәri olması ilә hesablaşmaq
          istәmirdilәr. Tәlәb edirdilәr ki, vekseller üzrә borcları ödәsin!
          Bizim Şapironun isә qara qәpiyi dә qalmayıb, müflis olub! Lakin
          sübut edә bilmir ki, müflislik bәdbәxt hadisә ilә әlaqәdardır.
          Bilmirәm, xәbәriniz var, ya yox, sizdә belә adamı “islaholunmaz
          müflis”, yaxud “әclaf müflis” adlandırıb hәbsxanaya atırlar, bizdә
          isә belә şәxslәrә hörmәt bәslәyirlәr. Siz on dәfә müflis vәziyyәtinә
          düşә, on dәfә iş görüb sonda qara qәpiksiz qala bilәrsiniz, amma
          hәr şeyi ağılla vә tәdbirli görsәniz, müflislik sizә әngәl olmayacaq,
          yәni adamlar sizin müflis vәziyyәtinizlә barışacaq. Müflis ola-
          ola hәtta özünüzә ev dә alsanız, sizi yenә dә lәyaqәtli vә bacarıqlı
          adam sayacaqlar: qızınızı yaxşı oğlana әrә verәcәksiniz, oğlunuza
          imkanlı ailәdәn qız alacaqsınız, şәhәrdә sizinlә hesablaşacaqlar,
          yenә dә rәhbәrlik edәcәksiniz, göstәriş verәcәksiniz, bizi aldadıb
          dәrimizi soyan varlıların cәrgәsinә can atacaqsınız... Getdikcә
          özünüzә tәlqin etmәyә başlayırsınız ki, alçaq dağları siz yaratmısınız.
          Başlayırsınız xoruz kimi boynunuzu uzadıb gәzmәyә, adamları
          saymırsınız, tәkәbbürlә danışırsınız... Üzr istәyirәm, nәdәn bәhs
          etdiyimi anlayırsınızmı? Şapiro adamların tәnәsinә, qınağına
          dözmәdi, dul qadınları vә yetim uşaqları pulsuz-parasız, ac-
          yalavac qoyduğunu görәndә qәlbindәn qara qanlar axdı (onun





                                                              203
   198   199   200   201   202   203   204   205   206   207   208