Page 200 - Sholom_Aleyhem_Макет 1
P. 200

Şolom Aleyxem

            dәrhal tapıb gәtirmәli idim! Pul lazımdır? Mәn hazır! Hәkimә
            getmәk? Mәn apararam!  Tәzә xidmәtçi? Mәn taparam! Rәqs
            müәllimi? Hazır! Paltar, ayaqqabı, dәrzi, qәssab, qәlәm, asılqan –
            hәr şeyin qayğısını çәkirdim! Elә bilirsiniz tәnә vurmurdum:
            “Axırınız necә olacaq? Kürt yatan toyuğa dönәcәksiniz!” Onlar
            isә gülmәkdәn uğunurdular. İş-peşәlәri sәhәrdәn-axşamacan
            qәhqәhә çәkmәkdir! Adәt halını alıb! Yer üzündә belәlәri çoxdur.
            Onlar kimә rast gәlmәli idi? Әlbәttә, mәnә! Yad uşağına kim
            dayәlik edәr? Mәn! Özgәnin yükünü çiynindә kim daşıyar? Mәn!
            Başqasının toyunda kim oynamalıdır? Mәn! Özgәnin yasında
            kim ağı demәlidir? Mәn! Soruşa bilәrsiniz: mәni buna vadar
            edәn nәdir? Cavab verirәm: sizi kim mәcbur edir ki, alovun içinә
            atılıb özgә uşağını xilas edәsiniz? Yad adam ağrı çәkәndә üzünüz
            niyә büzüşür? Deyәcәksiniz nә oda atılmışam, nә dә başqasının
            ağrısına şәrik çıxmışam! Әgәr belәdirsә, demәli, insan yox,
            vәhşisiniz! Mәn isә vәhşi deyilәm, adamam. Özümü idealist
            kimi qәlәmә vermәk istәmirәm, sadә, adi adamam, üstәlik,
            köhnәnin subayı. Sizin “psixologiya” isә mәnim kimi insanların
            xudbin olduğunu deyir. Bilmirәm, bәlkә dә, bütün bunlar xud-
            binlikdir? Başqalarının işinә qarışmağı, fәlsәfә qırıldatmağı
            sevmirsiniz? Elә mәn dә!
                Demәk belә, dul qadının qızı Rozanı әrә vermәk vaxtı
            çatmışdı vә mәn quda rolunu oynamalı idim. Mәni artıq az-çox
            tanıdığınız üçün anlamaq çәtin deyil ki, bu, necә әzabverici bir
            işdir! “Quda” kәlmәsini eşidәndә ürәyim bulanır! Mәni “ay kişi”,
            “ay gәdә”, “ay tәlxәk”, daha nә bilim necә çağıra bilәrsiniz,
            amma “quda” kәlmәsini eşidәndә başıma daş düşür! Amma dul
            qadın yeni adına – “qayınana” kәlmәsinә ürәkdәn sevinirdi. Ona
            “qayınana” deyәndә yağ kimi әriyirdi. Deyirәm: “Tezliklә qayınana
            olacaqsan!” Gülümsünür: “Tanrı qismәt elәsin!” Sәn bir qayınanaya
            bax! Hәlә onu nikah günü görәydiniz! İşıq saçırdı! Qızından
            gözәl idi! Demәzdin ki, Rozanın anasıdır! Әkiz bacılara
            bәnzәyirdilәr! Nikah mәrasimindә dul qadına baxıb doyunca
            zövq aldım. Ürәyimdә fikirlәşirdim: “Bu dünyada sәndәn ağılsız
            adam var? Ay qartımış subay, indi әsl mәqamıdır... Bir söz, bir




             200
   195   196   197   198   199   200   201   202   203   204   205