Page 201 - Sholom_Aleyhem_Макет 1
P. 201
Üç dul qadın
ehtiraslı baxış yetәr ki, bu lәnәtә gәlmiş subaylığın daşını atasan...
Ailәn, isti ocağın olsun... Qol-budaq atarsan... Cәnnәtә düşәrsәn...
Yaxınlarının vә әzizlәrinin әhatәsindә firavan hәyat sürәrsәn...
Unut bu Rozanı!.. Sәnin yemin deyil... Qızın yaşındadır... Özünü
aldatma... Anası gül kimi dayanıb yanında! Ay vәhşi öküz, ona
bircә kәlmә xoş söz de! Dәrmanını başqa yerdә axtarma, әlac bu
qadındır! Niyә lәngidirsәn? Görmürsәn, bayaqdan sevgi dolu
baxışlarını sәnә zillәyib...”
Bunları ürәyimdә götür-qoy edirәm vә onun baxışları ilә
qarşılaşıram: bu dul qadına yazığım gәlir... Başa düşürsünüz?
Yazıqlıq hissi!.. Başqa heç nә!.. Әvvәllәr, yaxşı xatırlayıram,
qәlbimә tam fәrqli fikirlәr hakim kәsilmişdi... İndi isә yalnız
yazığım gәlir... Ona yazığım gәlirsә, bәlkә, özüm dә yazığam,
hәtta ondan da yazıq? Müqәssir kimdir? Bәs o, niyә bu günә
qәdәr susub? Niyә indi dillәnmir? Niyә sehrli sözü o yox, mәn
demәliyәm?.. Mәni mәzәmmәt edә bilәrsiniz: yәni, utan! Bütün
dünyada qayda belәdir, ilk sözü kişi demәlidir! İlk addımı da kişi
atmalıdır! Tüpürüm dünyaya! Şәxsәn mәn fәrq görmürәm: ilk
sözü kişi dedi, ya qadın!.. İnsan ali mәxluqdur! Әgәr o dillәnmirsә,
mәn dә susacağam! Tәrsәm? Tәkәbbürlüyәm? Özündәnmüş -
tәbehәm? Sәfehlik edirәm? Necә istәyirsiniz, elә dә düşünün!
Dedim axı, mәnim üçün fәrqi yoxdur... Ürәyimi sizә açıram vә
istәyirәm birlikdә tәhlil edib araşdıraq ki, dolaşıqlıq hardadır?
Bәlkә, mәsәlә ondadır ki, mәn Payya ilә heç vaxt iki dәqiqә belә
tәklikdә qalmamışam? Hәmişә yanımızda vaxtı, hiss vә düşüncәlәri
oğurlayan mәxluq dayanıb. Sevincimiz, kәdәrimiz özümüzә yox,
başqasına mәxsus olub. Özümüzә bir dәqiqә dә asudә vaxt ayıra
bilmәmişik! Lәnәt şeytana! Tanrı hәr ikimizi başqalarının qayğısını
çәkmәk üçün yaradıb! Әvvәllәr Pinya sağ idi. Sonra Tanrı rәhm
elәdi vә Roza dünyaya gәldi. İndi isә Tanrı bir xoşbәxtlik dә
göndәrib: kürәkәnin dә qayğısı bizim boynumuza düşür. Amma
kürәkәn sarıdan bәxtimiz yaman gәtirib. Tanrı belә kürәkәndәn
hamıya qismәt elәsin. Bilirsiniz ki, hәr adamı dәrhal bәyәnәn,
onu sәbәbsiz yerә tәriflәyib göyün yeddinci qatına qaldıran
adamlardan deyilәm. Boş-boş danışmağı, kompliment demәyi dә
xoşlamıram. Yalnız onu deyә bilәrәm ki, “mәlәk” sözü bu halda
201