Page 206 - Sholom_Aleyhem_Макет 1
P. 206
Şolom Aleyxem
– Noolub? Nәsә baş verib? – hәyәcanla soruşdum.
– Allah elәmәsin! Bir dәqiqә әvvәl Feygele ilk dәfә gülüm-
sündü!
– Vәssalam? – soyuqqanlılıqla soruşuram, amma Feygelenin
ilk gülüşü ürәyimi sevindirir, daha çox isә dul qadınların
xoşbәxtliyindәn mәmnunam. İndi tәsәvvür edә bilәrsiniz ki,
uşağın ilk dişi çıxanda evdә nә toy-bayram vardı? Şübhәsiz,
dişin yerinin ağarmasını ilk görәn anası idi! Yaşlı dul qadın, yәni
anası Rozanı çağırdı, qadınlar körpәnin damağını yoxlamağa
başladılar. Stәkanı ehmalca damağına toxundurdular, dişin ucu
stәkana dәyib taqqıldayanda sevincdәn elә atılıb-düşdülәr ki,
bilmәdim qonşu otaqdan özümü bura necә çatdırdım.
– Noolub?
– Dişi çıxır!
– Ola bilmәz! – mәzәlәnmәk üçün bilәrәkdәn belә dedim.
Dul qadınlar mәni mәcbur etdilәr ki, barmağımın ucunu uşağın
damağına toxundurum. Hәqiqәtәn, Feygelenin damağında ucu
azacıq iti olan diş çıxmağa başlamışdı.
– Gördün? – ikisi dә birdәn soruşur vә cavab gözlәyirlәr.
Özümü bilmәzliyә vururam. Onlarla mәzәlәnmәkdәn lәzzәt
alıram. Soruşuram:
– Nәyi?
– Dişi! Görmürsәn?
– Hә... Dişdir dә! Başqa nә olacaq?
Әlbәttә, artıq başa düşürsünüz ki, әgәr diş çıxırsa, demәli,
Feygele dünyada tayı-bәrabәri olmayan uşaqdır! Ağıllı uşağı isә
ağladana qәdәr öpmәk lazımdır. Körpәni dartıb әllәrindәn alıram
vә sakitlәşdirirәm, yalnız mәnim qucağımda rahatlıq tapır. Bir dә
onu deyim ki, Feygele toppuş әllәri ilә ancaq mәnim saçlarımı
oynatmaqdan, burnumu dartışdırmaqdan xoşlanır. Amma sizә
deyim ki, körpә әllәrinin qoxusunu duymaqdan gözәl heç nә
yoxdur! Bu balaca әllәri, incә barmaqları dönә-dönә öpüb
әzizlәmәk istәyirsәn! Mәnә baxıb, yәqin, düşünürsünüz: “Bu
adamın qәlbindә qadına xas mәhәbbәt var! Әks tәqdirdә, uşaqları
belә çox sevmәzdi...” Düz tapdım, hә? Bilirsiniz, qәlbimin necә
206