Page 211 - Sholom_Aleyhem_Макет 1
P. 211

Üç dul qadın

                             Üçüncü dul qadın

             Yaxşı ki, mәni evdә tapdınız. Düzünü desәm, hәmişә evdә
          oluram, amma hәr adama qapı açmıram. Hәrәnin bir xasiyyәti
          var... Mәsәlәn, mәn xoşlayıram ki, nahar edәndә pişik qarşımda
          otursun. Pişiksiz süfrә arxasına keçmәrәm. Kis-kis-kis! Necә
          pişikdir? Özü dә ağıllı-kamallı! Acından ölsә dә, icazәsiz bir
          şeyә әl vurmaz! Hәlә tüklәri? Xoşunuza gәlir? Әladır, hә? Nә?
          Pişiklәri sevmirsiniz? Ruhani mәktәbindә beyninizi doldurublar
          ki, pişiklәrdәn uzaq gәzin?.. Yaxşı, yaxşı, mәni aldada bilmәzsiniz,
          bu nağılları gözәl bilirәm, başqasına söylәyin! Südlü çay? Yoxsa
          adi? Mәn südlü içirәm... İtil!.. Çor dәymiş! Miyoldamağına bax!
          Süd görәndә ağlı başından çıxır! Yağla arası yoxdur, südü xoşlayır.
             Bilirsiniz ki, giriş vermәyi sevmirәm, ancaq bu dәfә, deyәsәn,
          onsuz keçinmәk olmayacaq... Qarşımdakı adam gülümsәyәndә
          әtim tökülür. Bacardıqca gülün, qәhqәhә çәkin, ancaq
          gülümsәmәyin. İndiyә qәdәr danışdıqlarımın hamısı yadınızdadırmı?
          Bәlkә, nәyisә unutmuşsunuz, utanmayın, deyin. Bizdәn dә böyük
          adamlar bәzәn nәyisә unudurlar. Qorxuram, hәr şeyi qısaca
          xatırlatmalı olacağam.
             Pinya adında dostum, Payya adlı arvadı vardı. Qızlarının da
          adı Roza idi. Pinya öldü vә Payya dul qaldı. Mәn onun yaxın
          dostu idim. Ürәyimә çox yatırdı, elә qadın da mәnә biganә
          deyildi. Lakin bu barәdә kәlmә dә kәsmirdik. Gözәl illәrimiz
          belәcә keçdi. Payyanın qızı Roza böyüdü vә ona vuruldum.
          Şapiro soyadlı cavan bir oğlan peyda oldu. Yaxşı mühasib vә әla
          şahmatçı idi, Roza onu sevdi. Bunu görüb Rozanın anası ilә
          mübahisә etdik vә qәrara gәldim ki, ömrümün sonunadәk bir
          daha onların evinә ayaq basmayım. Sözümün üstündә durmadım
          vә ertәsi gün onlara gәldim, ailәnin әn yaxın adamı kimi
          münasibәtlәr davam etmәyә başladı. Roza ilә Şapiroya toy
          çaldırdıq. Qızın әri bacarıqlı oğlan idi, zavodu tәkbaşına idarә
          edirdi, hәtta sahiblәrin әvәzinә veksellәrә imza da atırdı. Ancaq
          zavodun әsl sahiblәri tezliklә müflislәşib Amerikaya qaçdılar,
          Şapiro da borcun içindә batdı. Nәhayәt, dözmәyib intihar etdi vә




                                                              211
   206   207   208   209   210   211   212   213   214   215   216