Page 214 - Sholom_Aleyhem_Макет 1
P. 214

Şolom Aleyxem

            Tәkәbbürә görә yox... Bir dә ki, lap elә tәkәbbürlüyәm, nә olsun?
            Bunu necә istәyirsiniz adlandırın, rәyiniz mәni әsla maraqlandırmır!
            “Mәnәm-mәnәm” deyәn, yalnız özündәn danışan adamları
            sevmirәm. Sizә bu gül balalardan danışıram, vәhşi idilәr. Bir
            dәfә soruşdum ki, aranızda şahmat oynayan var? Hәmin an
            onların sifәtini görәydiniz! Qәhqәhәlәrini eşidәydiniz! Burda
            gülmәli nә var? Sosialist olub, eyni zamanda şahmat oynamaq
            qәbahәtdir? Mәncә, Karl Marks bizdәn incimәz! Hünәrin var,
            onlarla danış... Ancaq mәsәlә bunda deyil... Feygeleyә mәәttәl
            qalmışam: dostlarına qoşulub gülmәkdәn uğunur! Onların ağzından
            çıxan hәr bir kәlmә Feygele üçün müqәddәs sayılır. Niyә? İndiki
            gәnclәr kimә sitayiş edir? Bu, nә fanatizmdir? Karl Marks
            müәllimdir, biz dә onun layiqli davamçılarıyıq. Bәyәm Marksdan
            başqa dünyada adam yoxdur? Bәs Kant necә oldu? Spinoza hara
            getdi? Şopenhauer niyә unudulub? Bәs Şekspir, Heyne, Şiller,
            Spenser vә yüzlәrlә başqa dahilәr?  Yәni onlar, bir kәlmә dә
            olsun, müdrik kәlam söylәmәyiblәr? Qoy Karl Marksın müdrik
            kәlamlarından olmasın, axı bu dahilәrin dә xeyli ibrәtamiz sözlәri
            var. Yaranın üstünә duz sәpmәyә imkan verәnlәrdәn deyilәm,
            lovğalanan adamları da sevmirәm, ona görә hәrdәn onları sanc-
            maqdan hәzz alıram. Sәn ağıllısan, mәn dәli? Sәn bir söz deyirsәn,
            mәn isә onun әksini, indi әlindәn gәlәni beş qaba çәk! Bir dәfә
            söhbәtlәrini eşidirәm, deyirlәr, qraf Tolstoy rәzil adamdır. Mәn
            Tolstoyun qızğın fanatiklәrindәn deyilәm, onun fәlsәfәsini vә İsa
            haqqında yeni tәlimini bәyәnmirәm. Amma bir sәnәtkar kimi,
            Tolstoy mәnim üçün Şekspirdәn heç dә az әhәmiyyәt kәsb etmir.
            Özünüz bilәrsiniz, istәyirsiniz razılaşın, istәmirsiniz yox!
            Xasiyyәtimә bәlәdsiniz... Bilәrәkdәn Tolstoyun kitabını gәtirib
            Feygeleyә verirәm. Bir görәydiniz, necә sifәtini turşudub kitabı
            kәnara itәlәdi. Niyә? Çünki bu oğlanların – Finkel, Bromşteyn
            vә Qruzeviçin Tolstoydan zәhlәsi gedir.
                Özümü saxlaya bilmәdim, hirs vurdu tәpәmә (hәrdәn, istәyәndә
            şuluqluq da sala bilirәm) vә hәr üçünә dişimin dibindәn çıxanı
            dedim...





             214
   209   210   211   212   213   214   215   216   217   218   219