Page 219 - Sholom_Aleyhem_Макет 1
P. 219

Üç dul qadın

          yoxdur, sәfәrә gedib! Otuz altı ildir yazdığım gündәliyi әlimә
          alıram. İnanın, çox maraqlı gündәlikdir. Başqaları üçün yox,
          özüm üçün yazıram. Sizin әdәbiyyatçıların cürәti çatmaz belә
          şeylәr yazmağa! Bәlkә, nә vaxtsa, gündәliyimi sizә göstәrәrәm,
          amma başqalarına, milyonları ayağımın altına sәpsәlәr dә,
          vermәrәm!..
             Yarım saat keçmәmiş qapı döyülür.
             “Kimdir orda?” – “Dul qadınlar xidmәtçini göndәriblәr, sizi
          nahara dәvәt edirlәr. Nә cavab verәk?” – “Deyin indi gәlirәm”.
             Әzizim, indi sözünüz nәdir? Sizin “psixologiya” bu barәdә
          nә deyir?.. Getmәyә tәlәsirsiniz? İcazәnizlә, sizә qoşulum. Dul
          qadınların yanında olmalıyam. Bircә tapşırım ki, pişiyә yemәk
          versinlәr, birdәn orda lәngidim, sәhәrә qәdәr oturmalı oldum.
          Kartı bilirsiniz dә... Başımız qarışır preferansa. Puldan oynayırıq.
          Udmağı kim sevmir? Kim düz oynamasa, işi bitdi: ya mәn
          onların üstünә düşürәm, ya da onlar mәnim. Kartda sәhv buraxan
          gözümün düşmәnidir: canını almağa hazıram!
             Bu tәbәssümlә nә demәk istәyirsiniz? İnanın, nә düşündüyünüzü
          bilirәm. Çünki sizә yaxşı bәlәdәm. Amma vecimә deyil. Bax indi
          mәnim barәmdә fikirlәşirsiniz: “Qoca, islaholunmaz, deyingәn
          subay...”
             Üç dul qadın barәdә bu qәdәr.

























                                                              219
   214   215   216   217   218   219   220   221   222   223   224