Page 222 - Sholom_Aleyhem_Макет 1
P. 222
Şolom Aleyxem
Biri әl çәkmir. Qәzәblәndim – madam belәdir, indi sizә göstәrәrәm,
bax sonra peşiman olmayasan ha! Әlimdәkilәri yerә qoyub
libasımı çıxartdım vә bir neçә yumruq zәrbәsi alandan sonra
әlindәn güclә qurtardım. Onlar iki, mәn tәk! O vaxtdan, milyon
qızıl versәlәr dә, boksa getmәrәm.
Hәlә onların dili! Hәr şey baş-ayaqdır, digәr adamlardakı
kimi deyil. Mәsәlәn, “mәtbәx” – “kiçn”, “qәssab” – “buçer”,
“qonşu” – “neksdoriqer”, “qonşu qadın” – “neksdoriqe”, “ev
sahibәsi” – “lendloruxa”. Hәr şey әksinәdir...
Amerikada biz yәhudilәrә başqa xalqlarla müqayisәdә çox
böyük hörmәt qoyurlar! Onlarda yәhudi – әn şәrәfli şәxsdir, bu
adla fәxr etmәk olar! Mәsәlәn, Kuşa bayramında, Beşinci avenyuda
yәhudilәr sәrbәst gәzir, ağıllarına da gәlmir ki, kimsә onları hәbs
edә bilәr. İnanın, orada yәhudilәri, hәqiqәtәn, çox sevirlәr. Yәhudi
saqqalı vә peysi xoşlarına gәlmir. Onların dilindә buna “viskes”
deyilir. Yәhudini viskeslә görәndә özünә toxunmurlar, ancaq
saqqalından vә hörüklәrindәn yapışıb dartırlar, o da mәcbur qalıb
qırxdırır. Buna görә dә Amerikada yәhudilәrin çoxu saqqalsız vә
bığsızdır. Üzü boşqab kimi hamardır. Әgәr saqqalı yoxdursa vә
yәhudi dilindә danışmırsa, onu necә tanıyacaqsan? Ancaq iti
yerişindәn, bir dә ki, danışanda әl-qol atmasından… Oradakı
bütün yәhudilәr adәt-әnәnәlәrә әmәl edir, milli bayram keçirirlәr.
Pasxa onlarda – Pesaxdır. İlboyu matsa bişirirlәr, xaroyses xüsusi
fabrikdәn gәlir, “fәktori” adlanır. Bu fәktoridә minlәrlә fәhlә
xaroyses hazırlayır. Oradakı yәhudilәr Pesax yemәyinә acı
әdviyyat qatırlar. Güzәranları heç dә pis deyil – Amerika ilә
zarafat olar?
– Berl-Ayzik, әgәr danışdıqların hәqiqәtdirsә, bu, çox yaxşıdır.
Amma biz bir şeyi dә bilmәk istәrdik: buradakı kimi, Amerikada
da ölürlәr, yoxsa orada әbәdi yaşayırlar?
– Ölürlәr, nә üçün ölmәsinlәr? Amerikada ölmәyә başlasalar,
gündә min, on min, iyirmi min, otuz min adam dünyasını
dәyişәcәk. Orada küçәdә yıxılıb canlarını tapşıranlar da olur. Nә
qәdәr şәhәrlәri yerlә-yeksan olub! Zarafat deyil…
222