Page 225 - Sholom_Aleyhem_Макет 1
P. 225
ÜÇ SİMA
1
Әgәr yazıçının qәlәmi rәssamın fırçasına vә ya heç olmasa,
fotoqrafın aparatına çevrilә bilsәydi, onda, dostum, sәnә Әllinci
gün bayramı münasibәtilә nadir bir rәsm hәdiyyә edәrdim: bu
rәsmdә üç qәşәng yeniyetmә tәsvir olunub – yoxsul, ayaqyalın,
başıaçıq yәhudi uşaqları. Üçünün dә saçı qıvrımdır, iri, parlaq
tәbәssümlü gözlәri sanki soruşur: “Niyә? Nә sәbәbә?” Siz isә bu
çöhrәlәrә heyran qalıb, nәdәnsә özünüzü onların qarşısında
günahkar hesab edirsiniz: guya bu uşaqların dünyaya gәlmәsinin,
insan adlı mәxluq olmasının baiskarı sizsiniz.
Bu üç gözәl çöhrә iki qardaşa – Abramçik ilә Moiseyçik vә
onların kiçik bacısı Dvoyrkaya mәxsusdur. Atası – cildlәmә
ustası Peysya oğlanlarına rus tәriqәtinә uyğun – Abramçik vә
Moiseyçik adı verib: әgәr arvadı Peysyadan qorxmasaydı vә bu
qәdәr yoxsul olmasaydı, bәlkә, özünü dә cildçi Peysya әvәzinә,
cildçi Petya adlandırardı. Amma arvadından bir az qorxduğuna
vә sizdәn uzaq, yoxsul olduğuna görә elә köhnә adı ilә, yәni
cildçi Peysya kimi qalmağa üstünlük verib. Bebelin, Karl Marksın
vә bütün görkәmli şәxsiyyәtlәrin dediyi kimi, sәbirsizliklә,
xoşbәxt dövranın yetişәcәyini gözlәyir, inanır ki, yaxın zamanlarda
hәr şey yaxşılığa doğru dәyişәcәk. Bax onda hәyat başqa cür
olacaq!.. O gözәl, xoşbәxt zamanlar gәlәnә kimi isә dәzgah
arxasında dayanmaq, karton kәsib qutu yapışdırmaq lazımdır...
Vә cildçi Peysya bütün günü ayaqdadır, karton kәsir, qutu
yapışdırır. Köhnә vә yeni yәhudi nәğmәlәrini, qeyri-yәhudi
mahnılarını zümzümә edib özünә ruh verir. Mahnıların әksәriyyәti
qәmlidir, ancaq hәrdәn dodağına şәn melodiyalar da qonur.
– Bu yabancı mahnıları oxumaqdan nә vaxt әl çәkәcәksәn?
Başqa dinә bu qәdәr valeh olmaq düzgün deyil axı! Şәhәrә
köçәndәn pravoslav olub getmisәn, bağışla, ilahi...
225