Page 228 - Sholom_Aleyhem_Макет 1
P. 228
Şolom Aleyxem
ki, dörd. Necә ki, atın dörd ayağı olur. Ailәnin böyük uşağı
Abramçik bu qәrara gәlir, axı Abramçik hәr şeyi bilir!.. Bәzәn
ana bazardan toyuq başı gәtirir, uşaqlar onun qapanmış gözlәrinә
baxır, böyük oğlan Abramçik deyir: “ölüb”. Hәr üçü iri qara
gözlәri ilә bir-birini süzüb ah çәkir.
Böyük şәhәrdә, daş evdә, darısqallıqda, kimsәsizlik vә
yoxsulluq içindә doğulub böyüyәn bu uşaqlar heç vaxt canlı
heyvan, quş, hәtta inәk dә görmәyib, tanıdıqları ancaq bir pişik
olub. Pişik dә onların özününküdür: canlı, әsl boz pişikdir,
rütubәtli boz divar kimi. Pişik onların yeganә sevincidir. Saatlarla
heyvancığazla oynayır, başına yaylıq bağlayır, ona gündә bir ad
qoyur vә elә hey gülüşürlәr! Ana bunu görәn kimi uşaqların
üstünә çığırır: birini dürtmәlәyir, kimini şapalaqlayır, digәrinin
qulağını dartır. Vә uşaqlar öz yerlәrinә, sobanın arxasına keçirlәr.
Әn böyüklәri, Abramçik nәsә danışır, kiçiklәr – Moiseyçik vә
Dvoyrka qulaq asır, iri gözlәri ilә böyük qardaşa baxırlar. Abramçik
deyir ki, ana haqlıdır. Abramçik deyir ki, pişiklә oynamaq olmaz,
çünki pişik – murdar heyvandır. Abramçik hәr şeyi bilir, hәr şeyi,
hәr şeyi. Dünyada elә bir şey yoxdur ki, Abramçik bilmәsin.
4
Abramçik hәr şeyi bilir. Abramçik bilir ki, uzaq bir ölkә var.
Bu mәmlәkәtin adı Amerikadır. Orada, Amerikada valideynlәrinin
çoxlu dost-tanışı var. Allahın kömәyi ilә, gәlәn il bütün ailә ora,
Amerikaya köçәcәk. Şifskartsız Amerikaya getmәk olmaz, çünki
dәnizlә üzmәk lazımdır, dәnizdә isә tufan olur vә hәr yeri dağıdır,
bu, hәyat üçün tәhlükәlidir. Abramçik hәr şeyi bilir, hәr şeyi.
Hәr şeyi, hәr şeyi. Hәtta o biri dünyada olanları da. Mәsәlәn,
bilir ki, o dünyada, әlbәttә, xüsusi olaraq yәhudilәr üçün cәnnәt
var. Cәnnәtdә әn dadlı meyvәlәri olan çoxlu ağaclar bitir, süd
çayları axır, küçәlәrә almaz vә brilyantlar sәpәlәnib, tәnbәllik
elәmәyib ciblәrini doldur. Nәcib yәhudilәr gündüz-gecә dua edir
vә Allahın bәrәkәtindәn pay aparırlar...
Abramçik danışır, Moiseyçik vә Dvoyrkanın gözlәri parıldayır,
onlar dünyada hәr şeyi bilәn böyük qardaşlarına hәsәd aparırlar.
Abramçik and içir ki, hәr il iki dәfә: Xoşanaraba gecәsi vә
228