Page 232 - Sholom_Aleyhem_Макет 1
P. 232
Şolom Aleyxem
Xasiyyәtim belәdir: vidalaşanda dilim tutulur, bilmirәm nә
deyim? Söz tapmıram. Üzr istәyirәm, hamının gözü qarşısında
saymazyana çıxıb getmәk dә yaxşı düşmür. Sizi bilmirәm, amma
mәnim üçün vidalaşmaq müşkül mәsәlәdir. Deyәsәn, söhbәti
uzatdım! Bu minvalla, Allah bilir, hara gedib çıxaram...
Belәliklә, vidalaşıb Radomısla yola düşdüm. Qış tәzәcә
girmişdi, narın qar yağmışdı, ancaq xizәk rahat gedirdi. Ağ at yel
kimi uçurdu. Qaradinmәz xizәkçi bütün suallara “ıhı” (yәni, hә)
vә ya “nç” (yәni, yox) cavabı verir, başını kәssәn dә, bir kәlmә
danışmaz! Nahardan sonra yola çıxmışdım, kefim kök idi, bir
yastığı altıma, digәrini kürәyimә, üçüncüsünü dә ayağımın altına
qoymuşdum. At çapır, kişi qovur, qar xışıldayır, külәk әsir, qar
dәnәciklәri qu tükü kimi әtrafa sәpәlәnir. Bu mәnzәrәyә baxanda
adamın ürәyi açılır. İlk dәfә tәkbaşıma sәfәrә çıxıram, demәli,
ürәyim nә istәsә, onu da elәyә bilәrәm! Ağa kimi oturacağa
yayılmışam. Qışda nә qәdәr isti geyinsәn dә, şaxta adamın iliyinә
işlәyir, qızınmaq, dincәlmәk üçün yer axtarırsan. Soyuqda yol
gedәn hәr bir adam kimi, xәyalımda ocaq, qaynayan samovar,
isti şorba, qızarmış әt tәsәvvür edirdim... Yemәk yada düşәndә
cuşa gәlirsәn, ağzın sulanır. Xizәkçi ilә aşxanadan söz salıram,
soruşuram ki, ora nә qәdәr qalıb, hәlә çox getmәk lazımdır?
– Nç, – cavabını verir.
– Yaxındır? – soruşuram.
– Ihı!
Aşxananın yaxında, yaxud uzaqda olduğunu öyrәnmәk
mümkün olmur, istәyirsәn lap göyә çıx! Tәsәvvür edirәm, bu
kişinin yerindә yәhudi xizәkçi olsaydı... Nәinki aşxananın yerini,
hәtta kimin icarәyә götürdüyünü, adını, neçә uşağı olduğunu,
әvvәlki icarәdarın kimliyini vә başqa mәlumatların hamısını
açıb-tökәrdi... Bu yәhudilәr qәribә millәtdir, Allah onlara cansağlığı
versin! Tamamilә fәrqli adamlardır, doğru sözümdür!
Demәli, isti bir aşxananı xәyalımda canlandırıram, samovar
qaynayır, dadlı, lәziz şeylәr barәdә düşünürәm…
Sürücü cilovları dartıb xizәyi döndәrdi vә elә bu vaxt damına
qәdәr qarla örtülmüş kiçik bir daxma göründü. Ağ örpәyә
232