Page 236 - Sholom_Aleyhem_Макет 1
P. 236

Şolom Aleyxem

            mәlum oldu ki, onu vә zavallı atını bәdbәxt elәmişәm, heyvan
            yolu tapa bilmir, yәni azmışıq. Allah bilir, yolu tapacağıq, ya
            yox, amma gecә düşәn kimi bu kimsәsiz çöldә evimiz yıxılacaq...
                “Xoş” xәbәri eşidib geriyә, aşxanaya qayıtmaq fikrinә düşdüm.
            Kimәsә yaxşılıq edib rәhmәt qazanmaq canımdan artıq deyil ki?!
            Amma xizәkçi dedi ki, artıq gecdir, iş-işdәn keçib, çıxış yolu
            yoxdur! Qarlı-şaxtalı çöldә ilişib-qalmışıq, Allah bilir, haradayıq!..
            Yol qarla örtülüb, sәma buludlu, hәr tәrәf zülmәt, at әldәn düşüb,
            lәnәtә gәlsin aşxana sahibini, Allah bәlasını versin!
                – Noxay, – xizәkçi hirslә bağırır, – bu aşxanaya girәn yerdә
            ayağım sınaydı. Meyiti xizәklә aparmağa razılıq verәndә kaş
            araq boğazımda qalaydı, öl köpәk oğlu, sәnә bu da azdır, bir
            qurtum arağa, lәnәtә gәlmiş yarım rubla görә indi qalmısan çölün
            düzündә, soyuqdan donursan! Nexay, – deyir, – bәlkә, Allah belә
            mәslәhәt bilib ki, soyuqdan donub ölüm, bәs bu yazıq atın nә
            günahı? Onunla düşmәnçiliyiniz var? Zavallının dili-ağzı yoxdur,
            heç nә anlamır, heyvanın axırına çıxdıq!
                Sәsi boğulur, hiss edirәm, qәhәr onu boğur, danışa bilmir...
            Tәskinlik vermәyә çalışıram, yenә әlavә yarım rubl vә bir şüşә
            araq söz verirәm, lakin xizәkçi qәzәblәnir, üstümә çımxırır ki,
            susmasam, mәni dә, meyiti dә xizәkdәn atacaq! Düşünürәm: bizi
            yolda qoysa, halımız necә olacaq? Xizәkçi ilә aşıq-aşıq oynamağın
            yeri deyil!  Vә susub yastığa qısılıram, yuxulamağa çalışıram.
            Adamın gözünә yuxu gedәr? Ayağımın altında meyit yırğalanır,
            xizәk onu atıb-tutur – belә şәraitdә oğul istәyirәm, yatsın! Hәm
            dә eşitmişәm ki, şaxtada yatmaq olmaz, çünki bir daha oyanmazsan!
            Tәrslikdәn, gözlәrim qapanır, mürgü üçün ölürәm, şirin yuxuya
            görә nә desәn verәrәm. Gözlәrimi ovuşdururam, amma sözümә
            baxmır, açılıb-yumulur, yenә açılır vә yumulur, xizәk cırıldayır,
            qarın üstündә dәrin, ağ iz salıb şütüyür, bütün әzalarımı hәrarәt
            bürüyür, bu istinin bitmәsini istәmirәm... Amma ilahi bir qüvvә
            başımın üstünü alıb sanki tәkrarlayır: “Noyax, yatma, yatma!” –
            yenә gözlәrimi ovuşdururam vә hәrarәt öz yerini şiddәtli soyuğa
            vә qorxuya verir, bu hiss bәdәnimә hakim kәsilir, dәhşәtli bir
            qorxu! Allah, sәn saxla, rәhm elә! Hәrdәn mәnә elә gәlir ki, ölü




             236
   231   232   233   234   235   236   237   238   239   240   241