Page 240 - Sholom_Aleyhem_Макет 1
P. 240

Şolom Aleyxem

            hayındadır!.. Deyinir ki, insanlar bu heyvana düşmәn kәsilib, nә
            üçün zavallı atı soyuqda ac-susuz qoyublar? Yazıq heyvanın nә
            günahı? Dili-ağzı yox...
                Mәni xәcalәt tәri basır... İndi bu xizәkçi yәhudilәr barәdә,
            Allah bilir, nә düşünür? Biz, rәhmli yәhudilәr, Mikitanın gözündә
            necә görünürük? Bir halda ki mehmanxana sahibi adi yәhudini
            qızınmaq üçün içәri buraxmırsa, demәli, bu millәt ölümә la -
            yiqdir!
                Yәhudilәr özlәrini pislәmәyә adәt ediblәr. Gündә yüz dәfә
            eşidirsәn: “Yәhudinin ipinin üstünә odun yığmaq olmaz!”,
            “Yәhudiyә bel bağlamaq olmaz!”, “Bunu ancaq yәhudidәn
            gözlәmәk olar”, “Çünki bu qadın yәhudidir, nә deyәsәn!”, “Aman-
            aman yәhudi әlindәn!” – vә buna bәnzәr ifadәlәrdәn adamın
            ürәyi bulanır. Bilmәk istәrdim, bәyәm başqa millәtlәr idealdır?
                …Bazarın ortasında dayanıb sәhәrin açılmasını, şәhәrin
            oyanmasını gözlәyirik. Nәhayәt, haradasa qapı cırıldadı, vedrә,
            qab-qacaq sәsi gәldi, bacalar tüstülәnmәyә, xoruzlar da sәs-sәsә
            verib banlamağa başladı. Darvazalar açıldı vә Allahın yaratdığı
            inәklәr, buzovlar, keçilәr, üzr istәyirәm, yәhudilәr, isti şala bü -
            rün müş, beli üçqat bükülmüş qadınlar vә qızlar küçәlәrә axışdı, –
            bir sözlә, şәhәr canlandı. Adamlar yataqdan qalxıb әl-üzlәrini
            yudu, geyinib işә başladılar… Kişilәr dua oxumağa, zәburları
            tәkrar etmәyә getdilәr, qadınların işi isә hәmişәki kimi, evdarlıqdır –
            yır-yığış, bişir-düşür… Dәfn qardaşlığında çalışan xidmәtçilәr
            barәdә mәlumat almaq istәyirdim, reb Şepsl, reb Leyzer-Moyşe,
            reb Losya harada yaşayır? Tutarlı cavab ala bilmәdim:
                – Hansı Şepsl, hansı Leyzer-Moyşe, hansı Losya? Bizim
            şәhәrdә bir neçә Şepsl, elә o qәdәr dә Leyzer-Moyşe vә bir neçә
            Losya var…
                Onlara dedim ki, dәfn qardaşlığında çalışan xidmәtçilәri
            soruşuram. Qorxuya düşüb soruşdular ki, sәhәr tezdәn dәfn
            qardaşlığı gәnc oğlanın nәyinә lazımdır? Mәsәlәni çox uzatmayıb
            mәtlәbi anlatdım. Xizәkdәki “yükün” sirrindәn onları agah etdim.
            Onların halını görәydiniz! Elә bilirsiniz, mәnә kömәk etmәyә





             240
   235   236   237   238   239   240   241   242   243   244   245