Page 239 - Sholom_Aleyhem_Макет 1
P. 239

Rəhmət qazanmaq istəyi

             – Nә lazımdır?
             – Mәn ölü gәtirmişәm.
             – Ölü? Aparın dәfn qardaşlığına, xidmәtçinin yanına.
             – Xidmәtçi harada yaşayır? Adı nәdir?
             –  Adı  Yexieldir.  Aşağı tәrәfdә, tәpәnin altında, hamamın
          yanında olur.
             – Hamam haradadır?
             – Tanımırsınız? Görünür, gәlmәsiniz, cavan oğlan, haradansınız?
             – Radomısldan, amma Zvogeldәn gәlirәm, ölünü aşxanadan
          götürmüşәm, buradan çox da uzaq deyil.  Aşxana sahibinin
          arvadıdır, vәrәmdәn ölüb.
             – Allah, sәn özün saxla! Nәyinizdir?
             – Mәnim? Heç nәyim! Tәsadüfәn oradan keçirdim, aşxana
          sahibi mәndәn xahiş etdi. Çölün düzündә, xırda uşaqları ilә birgә
          yaşayır, orada ölünü dәfn emәk üçün yer yoxdur. Mәn dә qәrara
          gәldim ki, savab iş görüm, axı niyә dә olmasın? İnsandır, xahiş
          edir...
             – Heç inandırıcı deyil, – karvansara sahibi sözümü kәsir, –
          ancaq әvvәl dәfn qardaşlığının işçisi ilә görüşüb-danışın.
             – Dәfn qardaşlığında indi kimsә var?
             – Dәfn qardaşlığını tanımırsınız? Reb Şepsl bazar meydanında,
          reb Leyzer-Moyşe meydanın lap mәrkәzindә, reb Losya isә
          köhnә mәbәdin yanında yaşayır. Әvvәl reb Şepsl ilә danışmalısınız,
          hәr şeyi özü hәll edir, sizә deyim, çәtin adamdır...
             – Tәşәkkür! – deyirәm, – Allah sizә xoş gün qismәt elәsin.
          Dediyiniz adamları nә vaxt görә bilәrәm?
             – Necә yәni nә vaxt? Sәhәr, duadan sonra...
             – Vay halımıza! Bәs indi nә edәk? Bizi içәri buraxın, bir az
          qızınaq...
             Bunu eşidәn karvansara sahibi darvazanı arxadan bağladı –
          yenә sükut çökdü. Nә edim? Xizәk küçәnin ortasında, Mikita
          deyinir, peysәrini qaşıyıb tüpürür, üçmәrtәbәli söyüşlәr yağdırır.
          Deyir, dünyanın bütün aşxana sahiblәri lәnәtә gәlsin, bizimki dә
          onların içindә! Xizәkçi artıq özü barәdә fikirlәşmir, atının





                                                              239
   234   235   236   237   238   239   240   241   242   243   244