Page 241 - Sholom_Aleyhem_Макет 1
P. 241
Rəhmət qazanmaq istəyi
can atdılar? Allah elәmәsin! Dәrhal xizәyi dövrәyә aldılar:
doğrudan, ölü var, yoxsa eşitdiklәri nağıldır? Qәlәbәlik anbaan
artırdı. Adamlar soyuqda çox dayana bilmirdilәr, istәdiklәrini
öyrәnib gedir, yerlәrini başqalarına verirdilәr. Xizәyә baxıb başını
bulayır, ölәnin kimliyi ilә maraqlanırdılar: nәçidir, haradandır,
niyә ölüb, bәs mәn kimәm, necә olub ki, meyiti xizәkdә gәtir -
mişәm? Ancaq biri dә yardım әlini uzatmırdı…
Çox çәtinliklә Şepslin ünvanını öyrәndim. Mәn gәlәndә
ucadan dua oxuyurdu. Barmaqlarını şaqqıldadırdı, dodağının
altında nәsә donquldanıb üzünә elә ifadә vermişdi ki, mәәttәl
qalmışdım. Әvvәla, dua dinlәmәkdәn xoşum gәlir, ikincisi,
nәhayәt, qızınmağa imkan tapmışdım. Reb Şepsl mәnә tәrәf
çevrilәndә gördüm ki, göz yaşları hәlә qurumayıb, müqәddәs
adam tәsiri bağışlayırdı, sanki ruhu göylәrdә uçurdu. Duasını
bitirmәmişdi, günaha batmamaq üçün qәdim yәhudi dilindә
danışırdı. Bu dil әllәrin hәrәkәtindәn, gözlәrin bәrәlmәsindәn,
çiyinlәrin çәkilmәsindәn, başın, burunun tәrpәdilmәsindәn vә
qәdim yәhudi dilinin iki kәlmәsindәn ibarәt idi. Әgәr ehtiyac
varsa, onunla söhbәtimizi sözbәsöz çatdıra bilәrәm. Yәqin, hansı
cümlәnin ona aid olduğunu özünüz müәyyәn edә bilәrsiniz.
– Şolom aleyxem, reb Şepsl!
– Aleyxem şolom! – oturmağa yer göstәrir.
– Tәşәkkür edirәm. Amma oturmaqdan bezmişәm!
– Hә, nәdir? Xeyir ola?
– Sizdәn xahişim var, reb Şepsl. Savab iş görüb rәhmәt
qazana bilәrsiniz!
– Rәhmәt? Çox yaxşı! Nә iş görmәk lazımdır?
– Rәhmәtә gedәni gәtirmişәm...
– Rәhmәtә gedәni? Kimdir?
– Buradan bir az aralıda aşxana var, orada kasıb bir yәhudi
yaşayır. Arvadı vәfat edib, vәrәmdәn. Xırda uşaqları qalıb,
bәdbәxt yetimlәr. Әgәr onlara rәhmim gәlmәsәydi, bir Allah
bilir, zavallı aşxana sahibi o rәhmәtliklә çölün düzündә nә zülm
çәkәcәkdi…
241