Page 237 - Sholom_Aleyhem_Макет 1
P. 237
Rəhmət qazanmaq istəyi
tәrpәnir, indicә kәfәni yırtıb yarıaçıq gözlәri ilә mәnә baxacaq:
“Noxay, niyә mәnә әzab verirsәn? Ölmüş adamı, çoxuşaqlı ananı
son mәnzildәn, müqәddәs dәfndәn mәhrum edirsәn...”
Külәk şiddәtlә uğuldayıb sanki qorxulu nağıl pıçıldayır –
dәhşәtli bir sirr anladır! Xof mәni basıb, qorxunu özümdәn
uzaqlaşdıra bilmirәm. Bizi sanki qarın altında basdırıblar, – mәn,
xizәkçi, at vә rәhmәtlik qadın orada aciz qalmışıq... Hamımız
ölmüşük, ancaq meyit, yәni aşxana sahibinin arvadı sağdır...
Qәflәtәn gözümü açıb gördüm ki, xizәkçi atı qovur, boğazına
güc verib danışır, qaranlıqda xaç vurub nәsә deyir. Sevindim,
sanki yenidәn doğuldum... Uzaqdan sayrışan işıqlar gördüm.
“Möcüzәdir, – düşünürәm, – hәmd olsun yaradana” – xizәkçiyә
müraciәt edirәm:
– Deyәsәn, yola çıxmışıq, hә? Yәqin, şәhәrә çatırıq?
– Ihı, – qısa cavab verir, daha qәzәblәnmir. Bu xoş xәbәrә
görә onu qucaqlayıb kürәyindәn öpmәk istәyirәm, indi onun
sevimli “ıhı”sı mәnim üçün әn ağıllı sözdәn dә әzizdir.
– Adın nәdir? – soruşuram, qәribәdir, bu qәdәr yol gәlmişik,
amma adını bilmirәm.
– Mikita, – qısa cavab verir.
– Mikita? – tәkrar edirәm. Vә bu ad ürәyimә yatır.
– Ihı, – eyni tәrzdә donquldanır. İstәrdim, ondan, heç olmasa,
iki-üç kәlmә eşidim.
İndi Mikita doğma adamımdır, elә atı da әzizdir, әla atdır!
Heyvandan söhbәt salıram.
– Atın qoçaqdır, Mikita, yaman becid qaçır ha!
– Ihı.
– Xizәyin dә yaxşıdır, Mikita, rahatdır!
– Ihı.
Bu adamdan sözü gәrәk kәlbәtinlә çәkәsәn!
– Deyәsәn, danışmaqla aran yoxdur, hә? Ay Mikita, dillәnsәnә…
– Ihı,
Mәni gülmәk tutur. Sevinc içindәyәm, elә bil döyüşdәn qalib
çıxmışam, yaxud xәzinә tapmışam vә ya nәsә yeni bir şey icad
elәmişәm...
237