Page 235 - Sholom_Aleyhem_Макет 1
P. 235

Rəhmət qazanmaq istəyi
          Nexama, Refoel-Mixlanın qızı! Xave-Nexama, Refoel-Mixlanın
          qızı! Xave-Nexama, Refoel-Mixlanın qızı!” Qadının adını
          әzbәrlәyәndә, әrinin adı yadımdan çıxdı, – öldür, xatırlamıram!
          Aşxana sahibi xüsusilә xahiş etmişdi ki, onun adını yadımda
          saxlayım. Mәni inandırmışdı ki, şәhәrdә adını verәn kimi,
          rәhmәtliyi dәrhal mәndәn alıb basdıracaqlar vә bundan sonra
          yoluma davam edәcәyәm. Deyirdi, şәhәrdә tanınmış adamdır,
          hәr il bayramda ora gәlir, çoxlu pul xәrclәyir, sinaqoqda, hamamda,
          başqa yerlәrdә böyük hörmәti var... Aşxana sahibi xeyli danışdı,
          hara gedib nә demәk, necә demәk lazım olduğunu başa saldı,
          ancaq hamısını unutdum. Fikrim yalnız bir şeyin әtrafında
          dolaşırdı: meyit aparıram. Elә bu, kifayәt edirdi ki, fikirlәrim
          çaşbaş düşsün, hәtta adımı da unutmuşdum, çünki hәmişә ölüdәn
          qorxmuşam. Başımdan qızıl töksәlәr dә, meyit ilә tәk qala
          bilmәzdim. Xizәkdә tәsәvvür edirdim ki, meyit yarıqapalı donmuş
          gözlәrini mәnә dikib, indi çat-çat olmuş cansız dodaqları aralanacaq
          vә qadın müdhiş sәslә bağıracaq, bu sәs sanki yerin altından
          gәlәcәk. İlahi, adamı dәhşәt bürüyür, ölülәr barәdә müxtәlif
          qorxulu әhvalatlar nahaqdan yaranmayıb ki? Elә adam var, meyit
          görәndә ürәyi gedir, dәli olur, nitqi quruyur...
             Demәli, xizәkdә ölü, yol gedirik. Yastıqlardan birini onun,
          digәrini isә öz ayağımın altına qoydum. Dәhşәtli şeylәr haqqında
          düşünmәmәk üçün yuxarı, sәmaya baxırdım vә dodağımın altında
          әzbәrlәyirdim: “Xave-Nexama, Refoel-Mixlanın qızı! Xave-
          Nexama, Refoel-Mixlanın qızı!” O qәdәr tәkrarladım ki, axırda
          çaşbaş saldım: “Xave-Refoel, Nexam-Mixlanın qızı! Refoel-
          Mixla, Xave-Nexamanın qızı”
             Qaranlığın nә vaxt düşdüyünü duymadım, külәk tüğyan edir,
          qar da dayanmaq bilmirdi.  Yol ağ örpәyә bürünmüşdü, xizәk
          kor-koranә, hara gәldi gedirdi, xizәkçi deyinirdi, әvvәl burnunun
          altında, sonra ucadan – and içәrәm ki, üçmәrtәbәli söyüşlәr
          yağdırırdı...
             – Orada nә mızıldanırsan?
             Tüpürüb sifәtini turşutdu, Allah göstәrmәsin, sonra gül ağzını
          açıb qatı açılmamış söyüşlәrlә bağırmağa başladı. Sözlәrindәn




                                                              235
   230   231   232   233   234   235   236   237   238   239   240