Page 238 - Sholom_Aleyhem_Макет 1
P. 238

Şolom Aleyxem

                Allahın kömәyi ilә sübhçağı gәlib mәnzilbaşına çatdıq. Şәhәr
            yuxuya dalmışdı, küçәlәr kimsәsiz idi, belә havada heç it dә çölә
            çıxmaz. Nәhayәt, iri darvazalı evi tapdıq, qapıdan süpürgә
            asılmışdı – yәni bura karvansaradır. Mikita darvazanı döydü.
            Pәncәrәdәn zәif işıq göründü, sonra ayaq sәslәri eşidildi:
                – Kimdir orada?
                – Zәhmәt olmasa, açın, bizi içәri buraxıb savab qazanın...
                – Savab? Kimsiniz axı? – darvaza arxasındakı adam qıfılı
            açmağa başladı.
                – Açın, – deyirәm, – ölü gәtirmişәm.
                – Nә?
                – Ölü.
                – Necә yәni ölü?
                – Rәhmәtә gedәn var. Kәnddәn, aşxana sahibinin vәfat etmiş
            arvadını gәtirmişәm...
                Darvazanın arxasındakı sәs kәsildi. Qıfılın necә bağlandığını,
            uzaqlaşan addım sәslәrini eşitdim. İşığı da söndürdülәr, әlacımız
            kәsildi. Xizәkçidәn xahiş etdim ki, yenә pәncәrәni döysün. İşığı
            yandırdılar vә bayaqkı sәs hirslә soruşdu:
                – Nә istәyirsiniz? Niyә әl çәkmirsiniz?
                – Allah xәtrinә, – yalvarıram, – bizә rәhminiz gәlsin. Xizәkdә
            meyit var...
                – Nә meyit?
                – Aşxana sahibinin arvadı.
                – Hansı aşxana sahibi?
                – Adını unutmuşam. Deyәsәn, Xave-Mixldir, Xana-Refoelin
            qızı, daha doğrusu, Xana-Refoel, Xava-Mixlin qızı, yәni Xana-
            Xava-Xana...
                – Rәdd ol buradan, avaranın biri! Yoxsa başına qaynar su
            tökәrәm!
                Karvansara sahibi bunu deyib çıxıb getdi, işığı da söndürdü.
            Yalnız bir saat sonra, hava işıqlaşanda darvaza azacıq aralandı vә
            hәmin adam soruşdu:
                – Pәncәrәni döyәn siz idiniz?
                – Bәli.




             238
   233   234   235   236   237   238   239   240   241   242   243