Page 243 - Sholom_Aleyhem_Макет 1
P. 243
Rəhmət qazanmaq istəyi
gәtirdi ki, onlar özlәri mәni tapdılar. Biz qapının ağzında rastlaşdıq,
dedilәr:
– Bura ölü gәtirәn cavan oğlan sizsiniz?
– Bәli, mәnәm. Necә bәyәm?
– Gedәk reb Leyzer-Moyşenin yanına, mәslәhәtlәşәk.
– Mәslәhәtlәşmәk? – dedim. – Mәslәhәtin bura nә dәxli?
Rәhmәtliyi tәhvil alın, mәni buraxın, çıxıb gedim, özünüzә
rәhmәt qazanın...
– Sәni tutub saxlayan yoxdur, – cavab verdilәr, – rәhmәtliyi
götür, hara istәyirsәn get, hәtta Radomısla. Biz sәnә yalnız “yaxşı
yol” deyәrik...
– Mәslәhәtә görә sağ olun, – deyirәm.
– Dәymәz, – cavab verirlәr vә biz reb Leyzer-Moyşenin
yanına gedirik.
Yolda xidmәtçilәr bir-biri ilә mübahisә etdi, söyüşdülәr. Biri
deyirdi ki, reb Şepsl – inadkar, amansız adamdır, onu inandırmaq
çәtindir. Reb Şepsl hәmişә özündәn çıxır, bağırır vә qarğış
yağdırır. Reb Şepslın işi çoxdur, öz ölülәri başdan aşır, onları
dәfn elәmәk lazımdır. Digәr iki nәfәr isә etiraz edirdi:
– Belә çıxır ki, cavan oğlan ölü ilә geri dönsün?
– Mümkün deyil, – deyirәm, – necә ola bilәr ki, ölü ilә geri
qayıdım? Canımı bura güclә çatdırmışam, az qala, çöldә donub
ölәcәkdim. Xizәkçi, Allah canını sağ elәsin, yolda mәni düşürtmәk
istәyirdi. Yalvarıram, rәhminiz gәlsin, mәni bu ölüdәn xilas edin.
Rәhmәt qazanın...
– Rәhmәt, әlbәttә, yaxşı şeydir, – xidmәtçilәrdәn biri –
çәlimsiz, hündür, nazik barmaqlı bu adamın adı Leyzer-Moyşedir –
deyir, – rәhmәtliyi sizdәn alıb necә lazımdırsa, dәfn edәrik,
amma gәrәk bir neçә rubldan keçәsiniz...
– Necә yәni? – deyirәm. – Yaxşılıq etmәyim bir yana, az qala,
çöldә ölәcәkdim, hәlә pul da vermәliyәm?
– Әvәzindә rәhmәt qazanarsınız, – istehza ilә üzümә baxır.
Seyrәksaqqallı, balacaboy yәhudi reb Losya deyir:
– Cavan oğlan, lütfәn, bәs yükün kağızları hanı?
243