Page 244 - Sholom_Aleyhem_Макет 1
P. 244

Şolom Aleyxem

                – Nә kağız?
                – Haradan bilәk ki, rәhmәtlik kimdir? Bәlkә, heç sizin
            dediyiniz adam deyil, – hündürboylu, nazik barmaqlı Leyzer-
            Moyşe eyhamla dillәnir.
                Gözlәrimi döyüb üzlәrinә baxıram, Leyzer-Moyşe başını
            bulayıb nazik barmaqlarını sinәmә döyәclәyir:
                – Hә, hә. Bәlkә, bu qadını öldürmüsünüz? Bәlkә, elә öz
            arvadınızdır, onu bura gәtirib nağıl danışırsınız? Ay nә bilim,
            çöldәki aşxana, aşxana sahibinin arvadı, vәrәm, xırda uşaqlar,
            rәhmәt...
                Bu sözlәrdәn sonra üzümün ifadәsi tamam dәyişdi, reb Losya
            mәnә tәskinlik vermәyә başladı. Әslindә, onların mәnә qarşı heç
            bir iradı yoxdur. Düşmәnçilikdәn dә söhbәt gedә bilmәz, çox
            yaxşı bilirlәr ki, cani, quldur deyilәm, amma yad adamam,
            rәhmәtlik isә göbәlәk kimi yerdәn çıxmayıb, söhbәt ölmüş
            adamdan, meyitdәn gedir...
                – Bizim, – deyir, – ravvinimiz vә uryadnikimiz var. Protokol
            tәrtib etmәk lazımdır...
                – Hә, hә, hә! Protokol! Protokol! – Layzer-Moyşe söhbәtә
            qoşuldu, barmağını sinәmә elә döyәclәdi ki, guya, hәqiqәtәn,
            cinayәt törәtmişәm!
                Dilim tutuldu, bәdәnimi soyuq tәr basdı, az qala, özümdәn
            gedәcәkdim. Onlara nә deyim? Pul kisәmi çıxarıb dәfn qardaşlığının
            üzvlәrinә müraciәt etdim:
                – Yәhudilәr, qulaq asın! Dayandığım yerdә zibilә düşmüşәm.
            Şeytan mәni hәrlәyib-fırlayıb bu aşxanaya gәtirib, görünür,
            taleyim belә yazılıb ki, aşxana sahibinin arvadı ölmәliymiş vә
            mәn dә bu yoxsul, çoxuşaqlı ata ilә üz-üzә gәlmәliymişәm. Sa -
            vab iş görüb rәhmәt qazanmaq eşqinә düşüm! İndi bundan ötrü
            pul vermәliyәm? Bu, mәnim pul kisәm, içindә, vur-tut yetmiş
            rubldan bir az artıq pul var. Alın, nә istәyirsiniz edin. Rodomısla
            çatmaq üçün mәnә bir az pul saxlayın, ölüdәn canımı qurtarın,
            qoyun çıxıb gedim!
                Görünür, sözlәr qarşımdakı adamlara yer elәdi, çünki bir-
            birinә baxıb pullara toxunmadılar, dedilәr ki, qaniçәn deyillәr.




             244
   239   240   241   242   243   244   245   246   247   248   249