Page 248 - Sholom_Aleyhem_Макет 1
P. 248
Şolom Aleyxem
Bu sözlәri eşidәndә gözlәrim qarşısında hәr şeyin necә
qaraldığını tәsәvvür edә bilәrsinizmi? Mәni ağlamaq tutdu.
– Cavan oğlan, niyә ağlayırsınız? – balacaboylu reb mәnә
tәskinlik vermәk istәdi.
– Soğan yemәmisәn, için niyә göynәyir? – reb Şepsl zarafatla
soruşdu.
– Allah kömәyiniz olsun, qorxmayın! Bu rәis heç dә pis
adam deyil. Bir şey verin... deyin ki, protokola nә ehtiyac var?
Ağıllı rәisdir. Yaxşı bilir ki, danışdıqlarınız bir quruşa da dәymәz.
Nazik barmaqlarını mәnә doğru uzadan reb Leyzer-Moyşe
belә deyir. Әgәr imkanım olsaydı, onu milçәk kimi әzәrdim.
Çünki әhvalat uydurmağa mәni o, vadar etdi.
Nitqim quruyub, daha danışa bilmirәm. Hәtta nә baş verdiyini
dә unutmuşam. Yәqin, başa düşürsünüz, son qәpiyimi dә әlimdәn
alıb dama saldılar, mәhkәmә oldu, qayınatam vә qayınanam
bilәndә ki, onların kürәkәni haradansa gәtirdiyi bir ölünün
ucbatından hәbsdәdir, qiyamәt qopdu. Dәrhal gәlib özlәrini
qayınata vә qayınana kimi tәqdim etdilәr. Polis soruşur: “Әgәr
sәnin qayınanan Yenta Gerşonova sağdırsa, onda bәs bu ölü
kimdir?” Digәr tәrәfdәn, qayınanam yaxamdan yapışdı: “Sәnә
nә pislik elәmişәm ki, mәni diri-diri basdırırsan, hә?” Nә isә,
mәhkәmәdә günahsız olduğum sübuta yetdi. Aşxana sahibini
uşaqları ilә gәtirib dindirdilәr vә mәni hәbsdәn buraxdılar.
Qayınanamın qarğış vә lәnәtlәrini heç düşmәnә dә arzulamıram!
O gündәn savab iş görüb rәhmәt qazanmaqdan vaz keçmişәm!
248