Page 250 - Sholom_Aleyhem_Макет 1
P. 250
Şolom Aleyxem
Bu cavanın aramla, ancaq şәstlә yerimәsindәn, әlindәki әsanı
fırlada-fırlada dodağının altında zümzümә etmәsindәn, binaların
yuxarı mәrtәbәlәrindәki pәncәrәlәrә nәzәr yetirmәsindәn belә
qәnaәtә gәlmәk olardı ki, xaricidir, şәhәrin küçәlәrindә veyillәnir.
Onu ev alqı-satqısı ilә mәşğul olan adama, yaxud tikinti üçün
torpaq sahәsi axtaran yerli dәllala da bәnzәtmәk mümkün olardı.
Onları tanıyırsınız da! Geniş hәyәtlәrin birindә torpaq tapıb
satacaq, alan adam da fәvvarәsi vә kiçik bağçası olan kürsülü ev
tikәcәk.
Cavan adam darvazalardan birinin qarşısında ayaq saxlayıb
elana baxdı. Yazıda yeddi sәhv buraxılmışdı: “Yataqxanada
kirayәyә ucuz yer verilir, yalnız subaylar üçün”.
Cavan oğlan razılıqla gülümsündü, bundan yәqin etmәk
olardı ki, subaydır, ucuz ev axtarır vә bir neçә nәfәrlә dә qala
bilәr.
Gözәtçini çağırıb birlikdә beşinci mәrtәbәyә qalxdılar, darısqal
bir otağa baxdı, quş damına oxşayırdı. Pәncәrәnin qarşısındakı
sınıq stulda papiros tüstülәdәn cәlimsiz, daz bir kişi әylәşmişdi.
Üzünün dәrisi gümüşü rәngә çalırdı, saqqalının da uclarını sәliqә
ilә qırxmışdı. Qocanın әynindә... daha doğrusu, çılpaq idi: yaxası -
açıq köynәyinin әtәyi dizinә qәdәr sallanmışdı, tüklü ayaqlarına
isә dәridәn yox, әzik-üzük kartondan, ya da nimdaş kisәdәn
tikilmiş köhnә çәkәlәk geymişdi.
Qoca yerindәn qımıldanmadı, qonağı salamlamadı. Heç ona
tәrәf baxmadı da! Uzun, arıq әlini uzadıb dodaqucu dedi:
– Әylәşin!
Qonaq şlyapasını çıxarıb yarıçılpaq ev sahibinә tәzim etdi,
sonra göz gәzdirib oturmaq üçün stul axtardı. Otaqdakı yeganә
stulda ev sahibi әylәşdiyi üçün qonaq belә qәrara gәldi ki,
ortalıqda dayanmaqdansa, divar boyu düzülmüş üç çarpayıdan
birindә әylәşsin. Görünür, bu qәrar ev sahibinin ürәyincә oldu,
Qonağa çox da bәnd olmadan:
– Sizi xalatda qarşıladığım üçün üzr istәyirәm, – dedi. – Bu
gün dәhşәtli bürküdür, burada, çardaqda isә nәfәs almaq olmur.
Әsl cәhәnnәmdir! Yәqin, otaq barәdә danışmaq istәyirsiniz, hә?
250