Page 254 - Sholom_Aleyhem_Макет 1
P. 254

Şolom Aleyxem

            barәdә daha әtraflı danışacağıq. Az sonra Arkadidәn bәhs edәcәyik,
            hәlәlik isә onun otaq yoldaşları ilә tanış olaq.
                Arkadi çamadanını yeni mәnzilә gәtirәndә axşam düşmüşdü.
            Otaqda hisli lampa közәrirdi, masanın arxasında izә ağ çöhrәli,
            acgöz baxışlı, uzun saçlarına bol yağ çәkmiş qәribә mәxluq
            әylәşmişdi. Mәxluq nәsә yazırdı. Әynindә qolları gen çesuça
            pencәk, balaca ayaqlarında dar çәkәlәk vardı, ağ kağız yaxalığının
            üstündәn al-qırmızı qalstuk sallanırdı.
                “Yәqin, bu, “Nol, Şmol vә kompaniya”nın üzvlәrindәn biridir” –
            Arkadi düşündü.
                Çamadanını çarpayılardan birinin üstünә qoyan  Arkadi
            Şveytser özünü ağ şalvarlı, qırmızı qalstuklu mәxluqa tәqdim
            etdi, mәxluq isә öz növbәsindә tәlәsmәdәn eynәyini çıxarıb
            yerindәn qalxdı vә başını silkәlәyib onu salamladı.
                – Yeni qonşumuz sizsiniz? Әylәşin! Ayaq üstә qalmayın! –
            yeganә stulu Arkadiyә tәrәf çәkdi.
                Qırmızı qalstuk, uzun yağlı saçlar, enli qolları olan çesuça
            pencәk, ağ dar çәkәlәklәr, xırıltılı sәs, yerindәn qalxmağı – bütün
            bunlar Arkadiyә çox qәribә göründü, gülmәkdәn özünü güclә
            saxlayırdı.
                – Deyәsәn, mәktub yazırsınız, – Arkadi soruşdu. – Yazın,
            yazın! – stulu geri itәlәdi.
                – Mәktub deyil, kitabdır. Hәmişә yazıram. Necә deyәrlәr,
            yazıçıyam, – xırıltılı sәsi olan mәxluq izah etdi, yenә dә başını
            tәrpәdib yağlı saçlarını silkәlәdi.
                Arkadi yalnız indi onun çesuça pencәyin enli qollarından
            uzanan nazik barmaqlı ağ әllәrinә diqqәt yetirdi.
                – Yazıçı? Nәdәn yazırsınız? Çaşıb bizdәn yazarsınız, ha...
                Yazıçı xәfif gülümsündü, xırda qara dişlәri göründü, adәtәn,
            şirniyyatı çox sevәn uşaqların belә dişlәri olur.
                – Dostlar barәdә yazanlardan deyilәm. Dәymә mәnә, dәymәyim
            sәnә!
                Zәrb-mәsәl yerinә düşmәdi. Onsuz da, görkәmindәn bәlli idi
            ki, әgәr ona toxunmasan, ömründә sәni sancmaz. Belә adamları
            simasız adlandırırlar, onlar xarakterini nümayiş etdirmәyi sevmirlәr,




             254
   249   250   251   252   253   254   255   256   257   258   259