Page 259 - Sholom_Aleyhem_Макет 1
P. 259

Şən kompaniya

                              Dördüncü fәsil

             – Bәs pul hardan? Axı böyük oyun üçün xeyli pul lazımdır! –
          Bronzentoler gözucu Arkadiyә baxıb maraqlandı, sanki mәşhur
          hәkim-professor öz xәstәsinә ötәri nәzәr salırdı.
             – Pul? – Arkadi qalın siqarı ağzından çıxarıb suala sualla
          cavab verdi. – Hә... pul! Sayı-hesabı yox idi, sәmadakı ulduzlar
          qәdәr idi! Dünyada nә çox maymaqlar, ağılsızlar! Bişiblәr, hazır
          yemdir, özlәri uçub adamın ağzına girirlәr! Mәsum mәlәklәrә
          bәnzәyirlәr. Quş kimi, dimdiklәrindә pul kisәsi, uçub gәlirlәr vә
          yalvarmağa başlayırlar: “Alın! Hamısını götürün! Qoy sizin
          olsun! Tәki mәnimlә qumar oynayın!” Sәrsәmlәr! Onları uzaqdan
          tanıyıram, çünki әvvәllәr özüm dә belә idim, sonra ağlım başıma
          gәldi, kәlәfin ucunu tapdım. Başladım başqa yollarla pul qazanmağa.
          Eh, ömür keçdi, gün keçdi... Hanı o çağlar? – Arkadi fikrә gedib
          köks ötürdü. – Tәәssüf, ötәn günlәri geri qaytarmaq mümkün
          deyil. Bir dәfә Odessada başıma iş gәlmişdi. Ah, Odessa, gözümün
          işığı Odessa! Tayı-bәrabәri yoxdur! Dünya durduqca, bu şәhәr
          dә duracaq! Mәn Odessada böyümüşәm. Bessarabiyadan gәlmişdim,
          başıaçıq, ayaqyalın, ac-yalavac. Bessarabiyada hәyatım çox
          acınacaqlı keçirdi. Özüm әsilli-nәsilli ailәdәnәm – “insan övladını
          qoruyan dahi bir şәxs”in nәvәsiyәm. Sözlәrimi bir az geniş izah
          etmәyә çalışım: babam reb  Arn hamamda gözәtçi işlәyirdi,
          adamlar çimәndә paltarların keşiyini çәkirdi. Hәftәlik mәvacibi
          iki beşaltınlıq idi, üstәgәl bolluca şapalaq! Çünki paltarlar tez-
          tez oğurlanırdı. Hәtta alt paltarlar da yoxa çıxırdı. Qәribә iş idi!
          Göz görә-görә geyimlәri oğurlayırdılar, babam isә dinmirdi. Nә
          әliәyri adamları tuturdu, nә dә onları tәnbeh edirdi. Mәnә babam,
          qәbri nurla dolsun, tәrbiyә verib, atam isә hәbsdә yatırdı. Ona
          böyük “etimad” göstәrib tәkadamlıq kameraya salmışdılar.
          Qapısına da silahlı әsgәr qoymuşdular ki, kimsәnin gözündәn
          yayınmasın, çәpәrdәn tullanıb qaçmasın. Anam isә, Allah ona
          ömür versin, onun-bunun evindә xidmәtçilik edib çörәkpulu
          qazanırdı. Yazıq arvad! Hәftәdә bir rubl yarım üçün belini büküb





                                                              259
   254   255   256   257   258   259   260   261   262   263   264