Page 263 - Sholom_Aleyhem_Макет 1
P. 263
Şən kompaniya
gözübağlıca fırladır!” – “Axı sizә nә lazımdır?” Deyirәm: “İndi
bir qalmaqal salaram ki, gәl görәsәn!” Ev sahibi: – “Dәli olmu -
sunuz? Nә qәdәr uduzmusunuz?” – “Nәdir, uduzduğum pulları
qaytarmaq istәyirsiniz? Heç elә şey yoxdur!” – “Yaxşı, deyi n
görüm, sizә nә lazımdır?” – “Sizin kompaniyaya üzv ol maq!
Yer pulunun yarısı sizin, yarısı mәnim. Bir dostum var, qu mar da
kimisә aldatmaq istәyәndә başlayır almanca danışmağa: “Leben
und leben lassen (yәni hәm özün dolan, hәm dә başqasını
dolandır)”.
Arkadi bunu deyib gülmәkdәn uğundu. Amma dostlarının
gülmәdiyini görüb özünә bәraәt qazandırmağa çalışdı:
– Allah eşqinә, elә bilmәyin ki, anadangәlmә qumarbaz, ya
da kart xәstәsiyәm! Düzdür, müqәddәs dә deyilәm. Sizin qarşınızda
öyünmәyin mәnası yoxdur – qız alıb sizinlә qohum olmağa, ya
da borc pul istәmәyә gәlmәmişәm! Әslindә, elә siz dә mәndәn
geri qalmazsınız, ifadәmә görә üzr istәyirәm, az aşın duzu
deyilsiniz. Başqası mәnim yerimdә olsaydı, söhbәtә bәr-bәzәk
vurardı, duz-istiot qatardı, mәn isә hәqiqәti söylәyirәm. Yalan-
palanla aram yoxdur, hәr şey göz qabağındadır. Ehtiyac ucbatından
bu işә qoşulmuşam. Bir tanışım belә deyir: sәn qapmasan, başqası
sahib çıxacaq! Uzun sözün qısası, bir müddәt bu qondarma ad
günlәrinin qonağı oldum, nәhayәt, qalmaqal yarandı. Qonaq
yanına da birini salıb özü ilә gәtirmişdi. Üzünә baxan kimi
dәrhal anladım ki, donosçudur. Ürәyimdә götür-qoy elәyib
tüpürdüm dabana, bir müddәt gözdәn itdim. Bilirsiniz, mәni
müxtәlif suallarla tәngә gәtirәnlәri xoşlamıram. Donosçu elә ilk
dәqiqәlәrdәn zәhlәmi tökmüşdü: “Kimsiniz? Nә işlә mәşğulsunuz?
Sәnәtiniz nәdir?” Әgәr hamını imtahandakı kimi sual yağışına
tutsaq, onda gәrәk şәhәrin yarısını cәrimә rotasına göndәrәk.
Nәdir, düz demirәm?
Bronzentoler vә kirayәnişini nә “hә” dedi, nә dә “yox”.
Onlar tәzә tanış olduqları bu adamın әhvalatını sonadәk eşitmәk,
söhbәtindәn zövq almaq istәyirdilәr.
– Ancaq uzun müddәt işsiz qalmaq da bir şey deyil. Bir
tәrәfdәn dә qumarın tәbi gәlәndә adamı qaşınmaq tutur. Ömründә
263