Page 267 - Sholom_Aleyhem_Макет 1
P. 267

Şən kompaniya

             – Hә... İndi hәr şey aydın oldu! – Şveytser gülümsündü. –
          Dәllallıq edirsiniz! Bildim! Yequpets dağlarını, Boyberik meşәlәrini
          satışa çıxaran, Odessa limanını dünyanın boş vәdlәri ilә dәyişәn,
          Mazepovkadan Aya dәmir yolu çәkmәyә girişәn dәllal! Bunu
          bayaqdan deyin dә! Yoxsa mus-mus... Sizi özümә qardaş bilirәm.
          Xәtriniz әziz olsun!  Yeri gәlәndә, mәn dә dәllal olduğumu
          deyirәm. Çamadanımda bir-iki kağız var. Bu sәnәdlәrdә bir neçә
          zәngin malikanә, ora daxil olan sıx meşәlik, möhtәşәm saraylar,
          cins atlar, içindә nadir balıqlar, vәhşi ördәklәr üzәn göllәrin
          tәsviri vә planı var.
             – Aha, gör necә dil açdı? – Bronzentoler yeni kirayәnişinin
          sözünü kәsdi. – Belәsinә heç rast gәlmәmişdim! Bir baxın, sözlәri
          muncuq kimi necә düzür? Sanki ravvindir, sinaqoqda dua oxuyur!
          Ay Allah, indi gülmәkdәn ölәcәyәm! Böyük sәhviniz var, dostum.
          Heç vaxt dәllal olmamışam vә olmaram da! Heç dәllalların
          yanından belә ötmәmişәm. Mәnim işim mirasdır. Biz böyük
          miras uğrunda çәkişirik.
             – Miras? –  Arkadi sözü havada tutdu. – Kimdәn? Hansı
          babadan? Yәqin, böyük cah-calal qalıb – iri qoyun sürülәri olan
          bir neçә kәnd, yel dәyirmanları, tikililәr, daşdan hörülmüş
          dükanlar! Bәs necә? Axı yәhudi mirasıdır!
             – Yenә başladı! Dilinizi dinc qoya bilmirsiniz? Әgәr hәqiqәti
          bilmәk istәyirsinizsә, sözümü kәsmәyin. Mәn ki sözünüzü
          kәsmirdim! – Bronzentoler çox kәskin danışdı, papirosdan dәrin
          qullab vurub gәrnәşdi, ayaqlarını irәli uzadıb danışmağa başladı.
          Kirayәnişinlәrin ikisi dә onu diqqәtlә dinlәmәyә hazır idi.
             – Bizә qalan miras nağd puldan ibarәtdir, faizlәri dә üstünә
          gәlsәk, doxsan doqquz milyon rubla bәrabәrdir.
             – Nә? Doxsan doqquz milyon? – Arkadi yerindә qurdalandı,
          dözmәyib çarpayıdan qalxdı. – İlahi, bu, elә bir mәblәğdir ki,
          üçümüzә dә ömrümüzün axırına kimi bәs edәr. Hәlә, üstәlik, qo-
          hum-qardaşa, xeyriyyә işlәrinә dә çatar. Düz demirәm?
             Bronzentoler sәbirlә imkan verdi ki, kirayәnişin ürәyini
          boşaltsın, sonra papirosuna dәrin qullab vurub sözünә davam
          etdi.




                                                              267
   262   263   264   265   266   267   268   269   270   271   272