Page 269 - Sholom_Aleyhem_Макет 1
P. 269
Şən kompaniya
dua qutusu, gümüş xırdavat – әlinә nә keçsә, al, sat! Pul
dәyişmәkdәn yavaş-yavaş tacirliyә keç! Başının üstündәn lövhә
asırsan: “Alıram – satıram”. Vәssalam! Bir dә gördün ki, şeytanın
felinә düşәn hansısa ağa xanımı ilә yol azıb gәldi, ya da dost-
tanış müraciәt etdi, buradan alırsan, oradan verirsәn. Adamlar
görsün ki, әlin alverdәdir!
Günlәrin birindә axşamçağı qәmli-qәmli oturmuşam. Alver
yox, müştәri kasad! Birdәn qapı açılır vә yekәpәr bir adam içәri
daxil olur. Başı, az qala, tavana dәyir, әcaib bığları var, burnu da
ki, armud boyda...
– Allah iraq elәsin, heç әcdadlarımız belә qorxulu mәxluq
görmәyib! – Şveytser mızıldandı.
Bronzentoler gözünü ona zillәdi. Sual üzündәn oxunurdu:
“Bu kәlmәlәr harda yazılıb?”
– Bibliyada! – Arkadi sakitcә izah elәdi.
– Yaxşı ki, dediniz! Yoxsa düşünәrdik ki, sitat “Fransa tarixi”
kitabındandır. – yazıçı söhbәtә qoşuldu. Arkadi ona eyni tәrzdә
cavab verdi:
– Ağıllı fikirlәşincә, dәli vurub çayı keçdi. Sizdәn soruşan
var ki, bu gün ayın neçәsidir?
– Komplimentә görә tәşәkkür! – Çemçura tәzim etdi.
– Dәymәz! – Arkadi dә tәzimlә cavab verdi.
– Kifayәtdir! Bircә o qalıb ki, uşaq kimi dalaşasınız! – ev
sahibi kirayәnişinlәrә çәmkirdi vә söhbәtinә davam etdi. – Harda
qalmışdıq? Hә, demәli, bir nәhәng ağa dükana girib malları
gözdәn keçirir. Qiymәtlәrlә maraqlanır, filan şey neçәyәdir, onu
hansı qiymәtә satırsan... özü dә mәnimlә polyak dilindә danışır,
belә qәnaәtә gәlirәm ki, qarşımdakı müştәri polyakdır.
Amma heç nә almır. Soruşuram: “Pan haralıdır?” Cavab
verir: “Varşavadan!” Xәbәr alıram: “Bizim şәhәrә xeyir ola?” –
“Nits ne robya”, yәni “elә-belә”.
Ertәsi gün yenә dükana baş çәkdi, oturub mallara baxdı, or-
dan-burdan danışdı, vәssalam! Sabahısı әhvalat tәkrar olundu.
Belәcә, hәr gün eyni şey...
269