Page 273 - Sholom_Aleyhem_Макет 1
P. 273

Şən kompaniya

              “Pan yuj asessor”, – yәni “Yandı panın dәdәsi”, – Arkadi
          araya söz qatdı.
             Bronzentoler yenidәn xahiş etdi ki, sözünü kәsmәsin.
             – Demәk, var-yoxdan çıxdılar vә mәcbur qalıb mühacir
          hәyatı yaşamağa başladılar, hәrәsi dünyanın bir tәrәfinә üz tutdu –
          biri bu ölkәyә, digәri başqa mәmlәkәtә. Nәsildәn üç nәfәr qaldı –
          iki bacı vә mәnim dostum pan. Qoca әmilәri Dombe-Dembo-
          Dembitskinin yanında mәskunlaşdılar. Pan qocadan öyrәnir ki,
          kiçik әmisi Stanislav haradasa Amerikada, Kaliforniyada yaşayır.
          Dolanışığı yaxşıdır, qohumlarını yanına çağırır... Qoca әmi tezliklә
          dünyasını dәyişdi vә onlar Stanislav barәdә artıq heç nә öyrәnә
          bilmәdilәr vә bu mәsәlә unuduldu. Günlәrin birindә Amerikadan
          xәbәr gәlir ki, otuz il әvvәl San-Fransisko şәhәrindә Stanislav
          Dombe-Dembo-Dembitski adlı bir şәxs vәfat edib vә bankda
          külli miqdarda pulu qalıb. Stanislav vәsiyyәt edib ki, pul iyirmi
          beş il bankın seyfindә qalmalıdır. Yalnız bundan sonra faizi ilә
          birlikdә bütün qohumlar arasında bölünmәlidir. Dembitskilәr
          nәslindәn isә üç nәfәr – iki bacı vә mәnim dostum pan sağ
          olduqları üçün miras onlara çatmalı idi.  Yәni doxsan doqquz
          milyon, hәrәyә otuz üç milyon düşür.
             – Bu pulların faizini mәnә versәydilәr, klubdakılara kim
          olduğumu göstәrәrdim! – Arkadi tәәssüflәndi.
             – Әlimә bu qәdәr pul keçsәydi, mәn bilәrdim, neylәrdim! –
          yazıçının gözlәri parıldadı.
             – Üzr istәyirәm, ikiniz dә sәfehsiniz! – Bronzentoler dillәndi. –
          Dua edin ki, bu iş düzәlsin, sizә dә şirinlik düşәr.
             – Amin! Allah kömәyiniz olsun! – kirayәnişinlәr bir ağızdan
          dillәndi.
             Ev sahibi sözünә davam etdi:
             – Әhvalatın ardına qulaq asın. Hә, demәli, doxsan doqquz
          milyon. Yәqin, başa düşürsünüz, bunu eşidәndә yerimdәn dik
          atıldım: “Cәnab, gözünüzә necә yuxu gedir? Ortada doxsan
          doqquz milyon var, siz isә susursunuz?” Cavab verdi: “Sәfeh!
          Hay-küylә iş aşmaz. Ora gedib pulları almaq lazımdır” – “Bәs





                                                              273
   268   269   270   271   272   273   274   275   276   277   278