Page 277 - Sholom_Aleyhem_Макет 1
P. 277

Şən kompaniya

             – Sәn niyә özünә әl qatmısan? – Bronzentoler papirosuna
          tütün doldura-doldura başını әyib ayaqlarına baxdı. Elә sakit idi
          ki, sanki söhbәt üç rubldan gedir. – Tәәccüblü nә var ki? Zarafat
          deyil, bu qәdәr әllәşmişәm!
             – Әcәbdir! Әmәyin qiymәti üç milyon! –  Arkadi әllәrini
          yellәdi.
             – Bәli, üç milyon! Şәrtimiz belә olub. Özü dә boş söhbәt
          deyil, kağıza imza atmışıq, notarius da möhür vurub, tәsdiq edib.
          İnsan çiy süd әmib axı! Pan cavan deyil, mәnim dә yaşım ötüb.
          Çevrәmdә o qәdәr yoxsul qardaş-bacım var ki! Kim bilir, sabah
          başıma nә gәlәcәk? Ona görә dә mәnә halaldır!
             Bronzentoler siyirtmәdәn saralmış kağız çıxartdı, üstündә
          bir neçә imza, notariusun möhürü, altından sallanan sarı lentin
          ucları görünürdü.
             – İmzaya baxın! Pan-Kazimirj-Ziqmund qraf Dombe-Dem-
          bo-Dembitski! Şәxsәn özü imza atıb!
             Arkadi Şveytser kağıza, imzalara diqqәtlә baxdı. Sarı lent
          kağızın üzәrindә ilan kimi qıvrılırdı, möhür onu kağıza elә pәrçim
          elәmişdi ki, nә açmaq, nә dә cırıb atmaq mümkün idi.
             Arkadi karıxıb qalmışdı, ayaqlarını geniş açıb otağın ortasında
          dayanmışdı, bәrәlmiş gözlәrindәn tәәccüb yağırdı. Sonra әllәrini
          dizinә vurub, özünә xas civiltili sәslә dedi:
             – Üç milyon! Ha-ha-ha! Üç milyon! Kaş mәnim üç milyonum
          olaydı! Allah, özün kömәk ol!



                               Onuncu fәsil



             Bronzentolerin әlinә nә vaxtsa üç milyon keçәcәk! Bu fikir
          Arkadini dәli elәmişdi. Otaqda geniş addımlarla var-gәl edir,
          özündәn çıxır, elә hey deyinirdi.  Yarıçılpaq ev sahibi onun
          gözündә böyümüşdü, ürәyindә bu insana qarşı rәğbәt oyanmışdı.
          Pişik, adәtәn, sahibinin ayaqlarına sürtülüb nәsә istәyir, Arkadi
          dә bu adamın böyür-başına keçib yaltaqlanmağa başladı.




                                                              277
   272   273   274   275   276   277   278   279   280   281   282