Page 279 - Sholom_Aleyhem_Макет 1
P. 279
Şən kompaniya
hamıya deyir ki, uduzub, oyun vaxtı heç kim üçün pul xırdalamır,
borc da vermir. İndi qәpiyә güllә atır, tәsәvvürünә gәtirә bilmir
ki, haradan pul tapacaq? Amma dindar yәhudi kimi, inanır ki,
qumar ilahisi günlәrin birindә bağlı qapısını açacaq, bәxti üzünә
gülәcәk vә Arkadi Şveytser böyük, çox böyük pullar udacaq!
Әsas mәsәlә iyirmi beş rublluq klub bileti tapmaqdır, qumarda
bәxtin gәtirsә, sonrası düzәlәr, hәr şey yaxşı olar.
Arkadi bir qәdәr sakitlәşәndәn sonra ağlına gәlәn ilk fikir
belә oldu: bәlkә, Bronzentolerin evindә kirayә qalmaq elә Allahın
hökmüdür? Niyә başqa evin yox, mәhz bu evin qapısını döyüb?
Bәlkә, hәyatının xoşbәxt dönәmi elә bu gündәn başlayır? Yәni
bu üç milyondan ona bir dilәnçi payı da düşmәyәcәk? Kim bilir,
bәlkә, bu puldan ona on min rubl çatdı, hә? Arkadi bunu düşünüb
yenidәn ev sahibinә yaltaqlanmağa başladı.
– Әzizim, reb Moyşe, deyәsәn, adınız belәdir, әgәr pullu
vaxtımda, kefim kök, damağım çağ olanda, yüzlüyü pul saymayanda
mәnә rast gәlsәydiniz, heç düşünmәdәn, sevinә-sevinә cibimdәn
bir çәngә pul çıxarıb sizә verib deyәrdim: “Mәndәn hәdiyyә
olsun, nәzir verirәm, qoy bu min rubl günahlarımı yusun!..” Axı
Arkadi Şveytser nә elәdiyini yaxşı bilir, ağlı hәlә yerindәdir!
Sadәcә bu, uduş kartıdır vә bütün pulları bu karta yatırıram. Düz
deyil, reb Moyşe?
– Әlbәttә, haqlısınız! – yazıçı ev sahibinә ağzını açmağa
macal vermәdi vә әvәzindә Arkadidәn elә ağır söz eşitdi ki,
yәqin, bunu ömrü boyu unutmayacaq.
Maraqlıdır, Bronzentoler bu dәqiqәlәrdә Şveytserin gözündә
nә qәdәr ucalmışdısa, yazıçı bir o qәdәr düşmüşdü. Bu sәbәbdәn,
özünü saxlaya bilmәyib onu sancmağa başladı.
– Hә... Bir görün kim gәlib? Әziz Çemçik, “Vәba”nın müәllifi!
Gözümüz aydın! Bircә sizin yeriniz әskik idi! Elә bilirdim, yazıçı
xәyalınız hәlә göylәrdә dolaşır, kitablarınızda vәsf etdiyiniz
әcinnәlәr, adamyeyәnlәr, әcaib keçilәr, qorxulu mәxluqlar yuxunuza
girir.
Cılız bәdәnli yazıçı başını tısbağa kimi irәli uzadıb büzüşdü.
Tәhqirә cavab vermәyi lazım bilmәdi, axı bu kobud qumarbaz
279