Page 284 - Sholom_Aleyhem_Макет 1
P. 284
Şolom Aleyxem
– Biz uşaq-muşaq deyilik ki?! – Bronzentoler cavab verdi,
Çemçura isә xoşbәxtlikdәn qanad açıb uçmağa hazır idi. – Azacıq
pul tapa bilsәydik, birinci kitabı çap etdirәrdik. Yüz mini cibimizә
qoyub, digәrlәrinin çapına girişәrdik. Hәr dәfә bir kitab! Bu
minvalla otuz kitab buraxmaq olar! Yәqin, tәsәvvür edirsiniz,
alәmә sәs salacağıq, adımız dillәrdә gәzәcәk! Puldan heç danışmaq
istәmirәm, Çemçuranın kitabları yayıldıqca pul sel kimi axacaq!
Onu bütün dünya tanıyacaq! Mәni әlә salıb gülә bilәrsiniz, yәni
bu qoca sәfehin iştahasına bax! Amma mәn, sözün әsl mәnasında,
Çemçuraya hәsәd aparıram. Yәni ona uğurlar arzulayıram, istәyinә
qovuşsun, eyni zamanda da hәsәd aparıram. Belә xoşbәxtlik,
böyük şöhrәt hәr adama nәsib olmur! Çemçura buna layiqdir!
Arkadi Şveytserin başı gicәllәndi. Buna sәbәb Çemçuranı
qarşıda gözlәyәn şöhrәt vә mәşhurluq deyildi, yox.. Arkadi
milyonların adını eşidib özünü itirmişdi. Yazıçı onun gözlәrindә
dәrhal dәyişdi, böyüdü, sanki hündürboy, cüssәli vә yaraşıqlı
insana çevrildi. Arkadiyә elә gәldi ki, Çemçura qeyri-adi adamdır!
Saçları, incә әllәri! Tanışlığın ilk dәqiqәlәrindәn hiss elәmişdi ki,
bu kiçik әllәr tam fәrqlidir, barmaqlarında nәsә hikmәt var...
Arkadi Şveytser özünü saxlaya bilmәyib yazıçıya yaxınlaşdı,
әlini sıxıb ürәkdәn tәbrik etdi. Arzuladı ki, yazdığı bütün әsәrlәr
kitab şәklindә dәrc olunsun. Әmin olduğunu bildirdi ki, bu
әsәrlәrin tayı-bәrabәri yoxdur... Hisslәrini ifadә etmәkdә çәtinlik
çәkirdi. Birdәn әlini alnına vurub dedi:
– Vay sәni! Necә dә ağlıma gәlmәyib! Әla planım var!
İnanın, qızıldan da qiymәtlidir!
Ev sahibi vә yazıçı gözlәrini bәrәldib qulaqlarını şәklәdilәr.
Şveytser bildirdi:
– Qulaq asın, әzizlәrim, yalnız bircә xahişim var: sonra
kimsә incimәsin vә özünü dağ başına qoymasın. Üçümüz dә eyni
vәziyyәtdә olan kapitalistlәrik, bütün antisemitlәrә dә bunu arzu-
layaq! Bәlkә, sәhmdar cәmiyyәt, ya da şirkәt quraq?
– Şirkәt? Nә şirkәti? Dilәnçilәr şirkәti? “Nol, Şmol vә kom-
paniya?” – ev sahibi vә yazıçı bir ağızdan soruşdular.
284