Page 288 - Sholom_Aleyhem_Макет 1
P. 288

SÜDÇÜ TEVYE
                                    (povest)

                                “Cahil lәyaqәtsiz”
                        (Südçü Tevyenin müәllifә mәktubu)

                Sevimli vә әziz dostum reb Şolom Aleyxem. Allah sizә vә
            әhli-әyalınıza cansağlığı, ailәnizә ruzi-bәrәkәt versin! Qәdәmlәriniz
            uğurlu olsun, xoşbәxtlik sizdәn yan ötmәsin! Amin!
                İsava qarşı yürüşә başlayarkәn Yaqub peyğәmbәrimiz Allaha
            yalvarmışdı, İsavı “cahil lәyaqәtsiz” adlandırmışdı, yәni mәn
            dә... Bәlkә, bu müqayisә yersiz görünür, xahiş edirәm, mәni
            qınamayın: dünyadan bixәbәr adi bir adamam! Şübhәsiz, savadınız
            mәnimkindәn qat-qat çoxdur. Bu, mәlum mәsәlәdir! İlahi, keç
            günahımdan, amma adam kәnddә yaşayanda cahillәşir, әlinә
            kitab almağa, Müqәddәs kitabdan bir parça oxumağa da vaxtı
            qalmır. Xoşbәxtlikdәn, yayda Yequpetsin varlı ailәlәri Boyberik
            bağlarına köçür, bu zaman oxumuş adamlarla görüşmәk, onların
            ağıllı söhbәtlәrini eşitmәk hәrdәn mәnә dә nәsib olur. Bir az
            aralıda, meşәdәki evdә yaşadığınız günlәri yaxşı xatırlayıram.
            Utanıb xәcalәt çәkirәm, mәnim kimi qoca sәrsәmin boşboğazlığına
            necә dözürdünüz? Bu nәcibliyiniz mәnә sudan, çörәkdәn dә
            vacib görünürdü! Hәlә dә başa düşә bilmirәm, nә böyük iş
            görmüşәm ki, mәnim kimi sadә bir adama qızıldan qiymәtli
            vaxtınızı sәrf edirsiniz, mәktub göndәrirsiniz, üstәlik, yazacağınız
            kitaba adımı da salmaq istәyirsiniz.
                Mәn, “cahil lәyaqәtsiz”, yәni elә bir yağlı tikәyәm ki, mәndәn
            vaz keçmәk olmur? Әgәr elәdirsә, onda özümә “cahil lәyaqәtsiz”
            demәmәliyәm. Doğrudur, sadiq dostunuzam, kaş sizә arzuladığımın
            yüzdә birini Allah mәnә әta elәyәydi! Yadınızdadır? Sizin üçün
            cәmi әlli rubla inәk almışdım, belәsini heç әlli beşә dә vermәzdilәr.
            Amma üç gün sonra inәk gәbәrdi. Mәnim nә günahım? Üstәlik,
            sizin üçün aldığım ikinci inәk dә öldü! Özünüz yaxşı bilirsiniz
            ki, bundan nә qәdәr pәrişan oldum, başımı itirmişdim! Vallah,
            әlimdәn gәlәn yaxşılığı elәmәyә çalışırdım. Allah mәni dә, sizi




             288
   283   284   285   286   287   288   289   290   291   292   293