Page 289 - Sholom_Aleyhem_Макет 1
P. 289
Südçü Tevye
dә qarşıdan gәlәn yeni ildә hifz elәsin, duada deyildiyi kimi: “Bu
günümüzü keçmişdәkindәn yaxşı elә...” Qoy Allah sizә dә, mәnә
dә yar olsun! Atım yüyrәk olsun, inәklәrim bol süd versin ki,
bundan sonra da sizә sәdaqәtlә xidmәt edә bilim! Ailәnizә vә
Yequpets varlılarına yağ-pendir daşıyım. Allah hamınızı qorusun!
Yolumda çәkdiyiniz zәhmәtә vә göstәrdiyiniz hörmәtә qarşılıq
verә bilmәdiyim üçün yenә özümü “cahil lәyaqәtsiz” adlandırmaq
istәyirәm. Adımı kitaba salacaqsınız, bütün dünya xәbәr tutacaq
ki, Boyberikin o biri başında, Anatovka yaxınlığında südçü Tevye
yaşayır. Bәyәm bu, mәnim üçün böyük şәrәf deyil? Görünür, nә
elәdiyinizi yaxşı bilirsiniz vә sizә öyüd vermәyә haqqım yoxdur!
Necә yazmağı hamıdan yaxşı bacarırsınız. Digәr mәsәlәlәrә
gәldikdә, hәr şeyi nәcibliyinizin öhdәsinә buraxıram. Ümidvaram,
orada, Yequpetsdә, çalışacaqsınız ki, bu kitabçadan mәnә bir şey
çatsın. Bilirsiniz, indi bu, lap yerinә düşәrdi: yaxınlarda toy
gözlәnilir – qızı әrә vermәk lazımdır. Dediyiniz kimi, Allah dәrd
verәndә dәrmanını da verir... Nә isә, sağ-salamat qalın vә xoşbәxt
olun, әn yaxşı dostunuzdan xoş arzularla! Tevye.
Hә, az qala, unutmuşdum. Kitab hazır olanda mәnә bir az pul
göndәrmәk istәsәniz, lütfәn Anatovkaya, oradakı qәssabın adına
göndәrin. İki dәfә ehsan vermәliyәm: әvvәlcә payızda, Pokrov
gününә az qalmış, sonra da qışa yaxın, – hәmin günlәrdә şәhәrdә
olacağam. Mәktubları isә birbaş Boyberikә, mәnim adıma göndәrә
bilәrsiniz. Belә yazın: “cәnab Tevyeyә, südçü yәhudiyә çatacaq”.
Xoşbәxtlik gәldi!
(Ailә qayğıları başından aşan yoxsul südçü Tevyeyә qeyri-
adi xoşbәxtlik üz verib, bunu Tevye özü danışıb vә onun
bütün sözlәri olduğu kimi verilib)
Kül olmuş meyitdәn yoxsulu, heç nәdәn dilәnçini yarada-
caq... (Zәbur, 113,7)
Pan Şolom Aleyxem, bilirsiniz, xoşbәxtlik gәrәk özü sәni
tapsın! Alnına nә yazılıbsa, o da olacaq! Bunun üçün nә ağıl, nә
289