Page 286 - Sholom_Aleyhem_Макет 1
P. 286

Uğur qazanacağıq, әgәr Fırıldaq işlәtsәk, Miskin vәziyyәtә
            düşәcәyik. Aydındır? Hә, indi imzalayın!
                Bu tәklif ev sahibinin elә xoşuna gәldi ki, yazıçını papirosa
            qonaq etdi, elә bil uşağa peçenye, ya da konfet verirdi.
                Şveytser әlini razılıqla yazıçının çiyninә qoydu.
                – Әhsәn! Sizә söylәmişdim, babam hamamda gözәtçi işlәyirdi,
            orada bir tәbib vardı, adı da Menaşke. Cümә günlәri gәlib
            adamların saç-saqqalını qırxırdı. Bәzәn birinin başını yarımçıq
            qoyub, başqasının üzünü taraş etmәyә qaçırdı. Babam da deyirdi:
            “Bacarana can qurban!”
                Dostlar razılığa gәlib yeni şirkәtin adını “HUFM vә Ko”
            qoydular.
                Sonra müqavilәnin imzalanma mәrasimi başlandı.
                Mәlum mәsәlәdir ki, ilk imza atan ev sahibi Moyşe Bronzentoler
            oldu. Çox dәbdәbәli imzası vardı, әvvәli qalın, sonu isә nazik
            xәtlәrdәn ibarәt idi. Ev sahibindәn sonra növbә Arkadi Şveytserә
            çatdı. O, bәyan etdi ki, ömrü boyu hamıdan axırda imza atmağa
            vәrdiş edib, ona görә dә indi Çemçuranın növbәsidir.  Yazıçı
            kağızın altından әsl sәnәtkara layiq gözәl imza atandan sonra
            qәlәmi Arkadiyә verdi. O, qәlәmi iki barmağının arasına aldı,
            sanki şәrab şüşәsinin tıxacını açmağa hazırlaşırdı, sonra kağız
            üzәrindә üç kiçik dairә cızdı, axırına da lәkәyә bәnzәr bir şey
            çәkdi. Bu imza nәyә desәn bәnzәyirdi, ancaq “Arkadi Şveytser”
            soyadı ilә heç bir әlaqәsi yox idi.
                İmza mәrasimindә Arkadini tәr basmışdı, sözarası dostlarına
            dedi: uşaqlıqda çoxlu yazı yazdığı üçün gözlәri korlanıb vә
            hәkimlәr mәslәhәt görüb ki, kağız-qәlәmdәn uzaq dursun. Allah
            ona mal-pul bәxş elәmәyib, amma bu әllәri ilә acqarına o qәdәr
            rәsmlәr çәkib ki!
                Bir otaqda yaşayan üç adam – az öncә birlik yaratmış şәxslәr
            gecәdәn xeyli keçmiş, dan yeri sökülәndә bir-birinә şirin yuxu
            arzulayıb yatağa uzandılar. Kim bilir, bәlkә dә, dünyada belә
            mışıl-mışıl yatan başqa üç adam tapmaq olmazdı. Onları heç top





             286
   281   282   283   284   285   286   287   288   289   290   291