Page 285 - Sholom_Aleyhem_Макет 1
P. 285
Şən kompaniya
Arkadi özünü itirmәyib izah elәmәyә başladı:
– Ciddi sözümdür. Tәklif edirәm ki, hәr birimiz and içәk.
Heç kim bilmir, sabah başına nә gәlәcәk! Klubda mәnә on
üçüncü uduş qismәt olacaq, ya yox? Dombe-Dembo-Dembitski
mirasa sahib çıxacaq, ya yox? Bizim hörmәtli yazıçımız әsәrlәrini
çap etdirә bilәcәk, ya yox? Ona görә dә gәlin şәrti şumda kәsәk
ki, xırmanda davamız düşmәsin: aramızdan kim birinci varlansa,
başqalarının da payını versin. Anladınız? Qazanc da, mәsrәflәr
dә üç hissәyә bölünmәlidir. Necә deyәrlәr, hәr şey hamımıza
mәxsus olmalıdır! Birlәşәk vә heç vaxt ayrılmayaq!
Arkadi Şveytser başını yana әyib sağ әlini qaldırdı. Ev sahibi
vә yazıçı isә çaşqın halda bir-birinә baxırdılar.
Tәklif gözlәnilmәdәn gәlmişdi, amma Arkadinin ciddi tәrzdә
danışmağı Bronzentoleri ayağa qalxıb ona yaxınlaşmağa mәcbur
etdi, uzun, arıq әlini kirayәnişinә uzadıb dedi:
– Birlәşәk!
Bunu görәn yazıçı da çarpayıdan sıçradı vә nazik әlini uzadıb
civiltili sәslә dedi:
– Birlәşәk!
Üçü dә dostcasına bir-birinә baxdı, әllәrini daha sıx birlәşdirib
xorla tәkrar etdilәr:
– Birlәşәk!
Yazıçı qәfildәn çarpayının altındakı sandığa әl atdı, oradan
kağız vә qәlәm çıxarıb iri hәrflәrlә yazdı:
HUFM
Sonra tәrini silib tәklif irәli sürdü:
– Zәhmәt olmasa, imza atın. Bu, bizim üçün müqavilә rolunu
oynayacaq!
– Bu hәrflәrin mәnası nәdir? – ev sahibi vә kirayәnişin
soruşdu.
– Hәrflәrin mәnası belәdir, – Çemçura razılıqla bildirdi, –
Hәqiqәt, Uğur, Fırıldaq vә Miskinlik. Yәni Hәqiqәtә söykәnsәk,
285