Page 283 - Sholom_Aleyhem_Макет 1
P. 283

Şən kompaniya

          belә ağıllısınızsa, zәhmәt olmasa, deyin, sizcә, bizdә nә qәdәr
          yәhudi var?
             – Harda,  Yequpetskdә? Baxır hansı yәhudilәrdi dә. Әgәr
          fırıldaqçı vә әclafları nәzәrdә tutursunuzsa, onların sayı kifayәt
          qәdәrdir.
             –  Yox! – Bronzentoler cavab verdi. – Bunu soruşmuram.
          Ümumi yәhudilәrin sayını xәbәr alıram.
             – Allah bilir! – Çemçura dillәndi. – Sәpәlәniblәr yer üzünә.
             –  Yer üzünә deyirsiniz? – Şveytser alnını qırışdırdı. Göz
          dәymәsin, sayları çoxdur. Antisemitlәrin gözü çıxsın!
             – Yәhudilәrin içindә nә qәdәr kitab oxuyan var?
             – Hardan bilim? –  Arkadi çiyinlәrini çәkdi. –  Amma
          qumarbazların sayı, hәqiqәtәn, çoxdur. Bunu yüz faiz bilirәm!
             – Yaxşı, siz deyәn olsun! – ev sahibi әlini yellәdi. Tutaq ki,
          bir neçә milyon yәhudinin arasından iki milyonu kitab oxuyandır.
          Bir milyonunu da çıxaq: onların kitab almağa imkanı yoxdur vә
          ya ümumiyyәtlә, almaq istәmirlәr. Qalır bir milyon oxucu.
          Hesablayaq: iki adama bir kitab düşsә...
             – Üç nәfәrә bir kitab götürәk, – yazıçı düzәliş verdi.
             – Razıyam, – ev sahibi dedi, – lap beş nәfәrә, altı adama bir
          kitab düşsün! Qazanc nә qәdәr olacaq? İki yüz min rubl, hә?
             – Bu, qumardakı yağlı uduşa bәnzәyir! – Arkadi mәsәlәnin
          mahiyyәtini yalnız indi dәrk edib әlini-әlinә vurdu. – Bax buna
          varam! Qazanc belә olar da!
             – Bәs nә bilmişdiniz? – ev sahibi dillәndi, yazıçı isә qürrәlәndi. –
          İndi tәsәvvür edin ki, mәn birdәn-birә varlanmaq istәmirәm, ona
          görә dә hәr kitabı әlli qәpiyә satacağam.
             – Әlli qәpik çox ucuzdur! Elә hesab edin ki, havayı verirsiniz! –
          Arkadi özünü çoxbilmiş kimi göstәrdi.
             – Mәgәr biz bir nüsxәdәn danışırıq? – ev sahibi sözünә
          davam etdi. – Çemçuranın әsәrlәri otuz kitaba güc-bәla ilә sığışar.
          Hә, necәdir, cәnab Şveytser?
             – Aman Allah! Tәki gözә gәtirmәyәk! – Arkadi çarpayıdan
          sıçradı. – And içә bilәrәm ki, burada milyonlardan söhbәt gedir!





                                                              283
   278   279   280   281   282   283   284   285   286   287   288