Page 282 - Sholom_Aleyhem_Макет 1
P. 282

Şolom Aleyxem

                – Çemçuranın yazmaqdan qazandığı pulların yanında bu
            mәsrәflәr heç nәdir. Bir qab mürәkkәblә minsәhifәlik kitab yaza
            bilәr.
                – Hә dә, gördün mürәkkәb qurtarır, üstünә bir az araq tök,
            yemәkxanaların çoxu bu üsuldan istifadә edir, arağa su qatıb pul
            qazanırlar.
                –  Ağzınızı yumacaqsınız, ya yox? – Bronzentoler yenә
            özündәn çıxdı. – Uzun sözün qısası, bizim Çemçura qızıl külçәdir,
            pul dağarcığıdır. Çarpayının altındakı sandığı görürsünüz? Ağzına
            qәdәr әsәrlә doludur. Özü dә necә әsәrlәr! Çemçura, demәk olar,
            hamısını mәnә oxuyub. Әgәr çap olunsa, göydә uçar. Bәdbәxtlik
            ondan ibarәtdir ki, çap üçün pul yoxdur.
                – Demәli, pul lazımdır? – Arkadi soruşdu. – Belә çıxır ki, siz
            almanlar kimi pul xәstәliyinә tutulmusunuz. Tibb alәmindә buna
            “qәpik epidemiyası” deyilir. Mәn dә bu xәstәliyә yoluxmuşam.
            Çap üçün tәxminәn nә qәdәr pul lazımdır?
                – Әşi, nә fәrqi? – Bronzentoler cavab verdi. – Onsuz da,
            yoxdur. Qәpiyә güllә atırıq. Üstәlik, Çemçura qәribә adamdır.
            Digәr yazıçılara әsla bәnzәmir. Başqası olsaydı, qapı-qapı düşüb
            pul toplayardı...
                – Dilәnçilik elәyim? – yazıçı dik atıldı. – Ölmәk bundan
            yaxşıdır! – Gözlәri od saçdı, yanaqları qıpqırmızı oldu.
                Ev sahibi saymazyana әlini yellәdi:
                – Sәn bunun hirsinә-hikkәsinә bax! Tәrsin, әdabazın yekәsidir!
            Nә qәdәr deyirәm, söz batmır. Başa salıram ki, gәl әvvәlcә bir
            kitab buraxaq, sonrasına baxarıq! Kitab üçün cәmi bir neçә yüz
            rubl bәs edәr.
                – Elә bu? – Arkadi onun sözünü kәsdi. – Sizin kimi kapitalist
            üçün bәyәm bu, puldur? Özü dә söhbәt qızıl külçәdәn – kitabdan
            gedirsә?!
                – Mәni әlә salırsınız? – Bronzentoler tәәssüflә dillәndi. –
            İndi sizә başa salaram ki, ifadәmә görә üzr istәyirәm, eşşәyin dal
            ayağısınız vә ümumiyyәtlә, başınız heç nәdәn çıxmır. Dil-dil
            ötmәkdәn başqa heç nә bacarmırsınız, mәsәlәnin әsl mahiyyәtini
            anlamırsınız. Gәlin adi hesablama aparaq. Pan Şveytser, әgәr




             282
   277   278   279   280   281   282   283   284   285   286   287