Page 291 - Sholom_Aleyhem_Макет 1
P. 291
Südçü Tevye
baxıram, “Ata öyüdlәri”, Zәbur surәlәri vә bu kimi şeylәr
oxuyuram... Pan Şolom Aleyxem, yәqin, mәnә baxıb fikirlәşirsiniz:
“Sәn bir işә bax! Bu Tevye heç dә adi adam deyilmiş!..”
Nә isә, nәdәn danışırdım? Hә, o vaxt zavallı bir yoxsul idim,
gündә bir dәfә yemәk tapırdım, arvadım vә uşaqlarım acından
ölürdü. Buna baxmayaraq, öküz kimi işlәyirdim, arabanı ağzına
qәdәr odunla yüklәyib meşәdәn vağzala daşıyırdım, buna görә
qәpik-quruş verirdilәr, utanmağın yeri yoxdur, özü dә hәr gün
yox... Belә qazancla necә dolanasan? Uşaqların qarnını necә
doydurasan? Üstәlik, atı da yemlәmәk lazımdır, “mәn ölüm, sәn
öl”lә heyvanın başını aldatmaq mümkün deyil! Otunu-yemini
vermәsәn, bir addım da atmaz!
Göydә Allah var, hamının ruzisini yetirir... Allah görür ki, bir
parça çörәkdәn ötrü gecә-gündüz әllәşib tәr tökürәm vә deyir:
“Tevye, yәqin, elә bilirsәn hәr şeyin sonu çatıb, qiyamәt yetişib,
göydәn od әlәnir? Eh, Tevye, necә dә ağılsızsan! Әgәr Allah
istәsә, yolun açıq olacaq, xoşbәxtliyә qovuşacaqsan!” Yeni il
duasında necә deyilir: “Allah kimisә göylәrә qaldıracaq, kimisә
yerlә yeksan edәcәk...” Doğrudan da, bәzisi at çapır, elәsi dә var,
yerlә sürünür... Ancaq әsas mәsәlә ümiddir! Ümidlә yaşamaq
lazımdır, onu heç bir vәchlә itirmәk olmaz! Yәhudilәr qeyri-adi
xalqdır, ona görә dә zaman-zaman dәrd girdabında boğuluruq...
Nahaqdan bizә hәsәd aparmırlar ki?! Bunları nәyә görә deyirәm?
Hәmişә ümid etmişәm ki, böyük Allah mәrhәmәtini mәndәn
әsirgәmәz... Nә isә qulaq asın, görün, dünyada necә möcüzәlәr
baş verir...
Günlәrin birindә, isti yay axşamında, boş araba ilә meşәdәn
evә qayıdıram. Başımı aşağı dikib gedirәm, qәlbimdәn qara
qanlar axır. At da yorulub, ayağını güclә çәkir, sanki indicә
yıxılıb gәbәrәcәk...
– Hә, yeri, yeri, çәr dәymiş! – deyirәm. – Sәni görüm lәnәtә
gәlәsәn! Allah ikimizi dә öldürsün, bәlkә, canımız qurtara!
Әtraf sükuta qәrq olub. Hәr dәfә atı qırmancla döyәclәyәndә
sәsi meşәdә әks-sәda verir. Günәş batır, ağacların kölgәsi getdikcә
291