Page 293 - Sholom_Aleyhem_Макет 1
P. 293
Südçü Tevye
Lakin biz Allahın әmәllәrini qiymәtlәndirә bilmәrik. Yәhudi
hәr şeyә sözsüz әmәl etmәli vә gecә-gündüz demәlidir: “Buna da
şükür!” Görünür, Allahın mәslәhәti belәdir! Küfr söylәyәnlәr
şәkk gәtirib deyir ki, Allah yoxdur, amma onlar qiyamәtdә
cәzalarını alacaqlar... Allah ilә zarafat elәmәk olmaz, onun
yazdıqlarına әmәl etmәk, gecә-gündüz yalvarmaq lazımdır:
“Rәhmli atamız! Qәlbimizin sәsini dinlә! Mәrhәmәtini üstümüzdәn
әskik elәmә! Arvadıma, uşaqlarıma yazığın gәlsin – onlar mәzlum
vә acdır. Sәni sevәn xalqdan lütfünü әsirgәmә! Bir vaxtlar
müqәddәs mәbәddә baş kahin vә levitlәr...” Bu vaxt birdәn at
dayanır. Duanı yarımçıq kәsib başımı qaldırır vә әtrafa göz
gәzdirirәm. Qәfildәn meşәnin içindәn qarşıma iki әcaib mәxluq
çıxır... “Quldurlar!” – fikrimdәn keçir. Özümü dәrhal әlә alıram:
“İlahi, Tevye, necә dә axmaqsan! Neçә ildir gecә-gündüz bu
meşәdә sülәnirsәn, indi niyә gözünә quldurlar görünür?”
– Vyu! – atı sәslәyirәm, özümü yığışdırıb, heç bir şey olmamış
kimi, heyvanı qamçılayıram.
– Dayıcan! – mәxluqlardan biri qadın sәsi ilә mәnә müraciәt
edib yaylığını yellәyir. – Zәhmәt olmasa, bir dәqiqә dayanın,
qorxmayın, bizdәn ziyan gәlmәz...
“Ay axmaq! – fikirlәşirәm. – Başın xarabdır? Bu meşәdә cin,
şeytan nә gәzir?”
Atı saxlayıb diqqәtlә baxıram – qadınlardır. Yaşlısının başında
ipәk yaylıq var, bir az cavanı isә parik taxıb, qızarıb pörtüblәr.
– Axşamınız xeyir! Haradan belә? – ucadan deyirәm, guya
bu görüşdәn mәmnunam. – Nә buyurursunuz? Әgәr nәsә almaq
istәyirsinizsә, heç nәyim yoxdur, acından qarnım quruldayır,
ürәyim dә bәrk sancır, o qәdәr dәrd-sәrim var ki, heç köpәk dә
dözmәz!
– Sakit olun, dayıcan! – qadınlar dillәnir. – Sizә nә olub?
Arabaçılar belәdir dә! Ağzını açmağa macal tapmırsan, adamı
peşman edirlәr! Heç nә almırıq, sadәcә soruşmaq istәyirik: Boy-
berikin yolu hardandır?
– Boyberikә? – saxta gülüşlә soruşuram. – Mәnim üçün bu
suala cavab vermәk su içmәk kimi asandır. Sanki adımı soruşur -
sunuz, mәn dә deyirәm – Tevye!
293