Page 296 - Sholom_Aleyhem_Макет 1
P. 296

Şolom Aleyxem

                – Qırmanclayın! – deyirlәr. – Әlinizdә qırmanc var axı!
                – Mәslәhәtә görә tәşәkkür! – deyirәm, – Yaxşı ki, yadıma
            saldınız. Mәsәlә burasındadır ki, qoçağım belә şeylәrdәn qorxmur.
            Mәn dilәnçiliyә alışdığım kimi, o da qırmanca adәt edib...
                Zarafat bir yana, amma canımı qorxu bürüyür.
                Nә isә, var gücümü toplayıb düşdüm yazıq atın canına.
            Nәhayәt, Allahın kömәyi ilә heyvan yerindәn tәrpәndi.
                Gedirik, amma beynimdә müxtәlif fikirlәr dolaşır: “Eh, Tevye,
            lap eşşәyin dal ayağısanmış ki! Әgәr hәr sözә uşaq kimi
            aldanırsansa, demәli, necә dilәnçi olmusansa, elә belә dә
            qalacaqsan! Bir düşün, axı belә fürsәt yüz ildә bir dәfә әlә düşür:
            niyә әvvәlcәdәn şәrt kәsmәdin? Nә üçün qiymәt barәdә danışmadın?
            İstәr vicdanla, ya insafla, yaxud qanunla – hansı yolla olursa-
            olsun, – belә mәqamda bir az pul qazanmaq heç dә günah deyil!
            Niyә qәpik-quruşdan imtina edәsәn? Ay eşşәk, arabanı saxla,
            pul  dan söhbәt sal, de ki, “filan qәdәr verәcәksiniz, әgәr vermir -
            sinizsә, onda, xahiş edirәm, arabadan düşün!” Amma digәr tәrәf -
            dәn dә, düşünürәm ki, Tevye, doğrudan da, eşşәksәn! Bilmirsәn
            ki, meşә alver üçün heç dә münasib yer deyil?
                – Bir az sürәtlә gedә bilmәrik? – sәrnişinlәr mәni dümsüklәyir.
                – Hara tәlәsirsiniz? Deyirlәr, tәlәsәn tәndirә düşәr! – cavab
            verirәm.
                 Deyәsәn, hәr şey qaydasındadır...  Amma öz aramızdır,
            qadınlara söz ola bilmәz: biri ipәk yaylıq örtüb, digәri dә parik
            taxıb. Nәsә pıçıldaşırlar.
                – Hәlә çox qalıb? – soruşurlar.
                – Xeyli var! – bildirirәm. –  Tәpәni enib, yenidәn dağa
            qalxacağıq, sonra eniş, yoxuş, oradan da böyük yoxuş başlayır,
            hәmin yol birbaşa Boyberikә gedir...
                – Belә arabaçı olar? – qadın yanındakına deyir.
                – Hә, zalım adama oxşayır! – digәri cavab verir.
                – Bircә bu çatmırdı, – birinci qadın donquldanır.
                – Hә, axmağa oxşayır!
                Düşünürәm: “Әlbәttә, axmaqdır! İndi belә deyәrsiniz dә!
            Çünki sizi arabasına mindirib, pul vermәk әvәzinә lağa qoyursunuz!”




             296
   291   292   293   294   295   296   297   298   299   300   301