Page 294 - Sholom_Aleyhem_Макет 1
P. 294
Şolom Aleyxem
– Doğrudan, adınız Tevyedir? – soruşurlar. – Axşamınız xeyr,
reb Tevye! Başa düşmürük, burada gülmәli nә var? Biz
Yequpetsdәnik, özümüz dә Boyberik bağlarında yaşayırıq.
Gәzmәyә çıxmışdıq, sәhәrdәn meşәdә dolaşırıq... Azmışıq, yolu
tapa bilmirik. Sәs eşitdik, әvvәl elә bildik, Allah elәmәmiş,
quldurlardır! Amma yaxınlaşanda gördük yәhudidir, ürәyimiz
yerinә gәldi. Başa düşürsünüz?
– Ha-ha! Quldur! – deyirәm. – Mәndәn quldur çıxar? Harda
görünüb ki, yәhudi quldur kimәsә basqın etsin, yaxud kimdәnsә
bir çimdik tütün istәsin? Bir әhvalat olmuşdu...
– Әhvalatı gәlәn dәfәyә saxlayaq! – sözümü kәsirlәr. –
Yaxşısı budur, bizә Boyberik yolunu göstәrin.
– Boyberik yolunu? Üzr istәyirәm, bu, elә Boyberik yoludur
da! İstәsәniz dә, istәmәsәniz dә, bu yol sizi birbaş Boyberikә
aparacaq!
– Deyin görәk, Boyberik uzaqdadır?
– Yox, uzaq deyil, – cavab verirәm. – Bir neçә verst olar.
Daha doğrusu, beş-altı, ya da yeddi, bәlkә dә, lap sәkkiz!
– Sәkkiz verst? – qadınlar bir ağızdan soruşur, az qalır
ağlasınlar. – Siz nә danışırsınız? Zarafat edirsiniz? İlahi, sәkkiz
verst!
– Mәnim nә günahım? Әlimdә olsaydı, mәsafәni qısaldardım!
İnsan, gәrәk, hәr әzaba dözsün. Yolda hәr şey ola bilәr... Mәsәlәn,
palçıqlı cığırla yamaca qalxırsan, yağış-qar üzünә vurur, әllәrin
donur, özün dә acından ölürsәn, elә bu zaman qәfildәn – şap!..
– Çox yersiz söhbәtdir! – mәyusluqla bildirirlәr. – Deyәsәn,
ağlınız çaşıb! Bәlkә, bizә şeir oxuyasınız, ya da “Min bir gecә”
nağılını danışasınız? Әldәn düşmüşük, ayaq üstә güclә dururuq.
Sәhәrdәn ağzımıza bulka ilә bir stәkan qәhvәdәn başqa, heç nә
dәymәyib, siz isә başlamısınız, yamac belә gәldi, qar belә getdi!
– Hә, haqlısınız! – cavab verirәm. – Qarın ac olanda zarafatın
yeri yoxdur. Aclıq nә olduğunu yaxşı bilirәm. Amma uzun illәrdir
әlimdә qәhvә ilә bulka tutmamışam, dadını da unutmuşam...
Yadıma südlü qәhvә ilә tәzә bulka, başqa dadlı tәamlar
düşdü... Düşünürәm: “Bunların iştahasına bax! Zadәganların
294