Page 299 - Sholom_Aleyhem_Макет 1
P. 299

Südçü Tevye
          qәdәhi başıma çәkirәm. –  Allah süfrәnizә bәrәkәt, evinizә
          xoşbәxtlik bәxş etsin!  Yәhudilәr soy-köklәrini unutmasınlar.
          Dәrd-bәladan qurtulmaqda Allah onlara yar olsun!
             Başına araqçın qoymuş ev sahibi soruşur:
             – Adınız nәdir? Harada yaşayırsınız? Nә ilә mәşğulsunuz?
          Evlisiniz? Neçә övladınız var?
             – Uşaqları xәbәr alırsınız? – cavab verirәm. – Gileylәnmәk
          günahdır!  Arvadım Qolda deyir ki, hәr uşaq milyona dәyәr,
          demәli, Yequpetsdәki әn dövlәtli adam mәnәm. Amma varlı ilә
          yoxsul, çolaq ilә sağlam adam eyni deyil. Müqәddәs kitabda
          yazılıb: “Bayramı adi günlәrdәn fәrqlәndirin”. Pul varsa, hәyat
          gözәldir! Pul da Brodskidәdir, milyonçu fabrikantda, mәnim isә
          var-dövlәtim qızlarımdır. Bilirsiniz, qız yükü – duz yükü deyiblәr,
          qız böyütmәk zarafat deyil! Amma çarә nәdir? Hamımız Allahın
          әmrinә tabeyik, yәni O, yuxarıda oturur, biz isә aşağıda әzab
          çәkirik. Әllәşirik, odun daşıyırıq, nә etmәk olar? Necә deyәrlәr,
          daşdan yumşaq nә olsa... Әn böyük bәla yemәkdir. Rәhmәtlik
          nәnәm deyәrdi: “Qarın ac olmasaydı, adamın başı qızıldan
          olardı...”  Artıq-әskik danışdımsa, bağışlayın... Boşqarına araq
          vuranda adamın gözünә әyri pillәkәn dә düz görünür...
             Ev sahibi göstәriş verir:
             – Kişiyә yemәk gәtirin!
             Stolun üstü dәrhal dolur. Daha nәlәr yoxdur? Balıq, әt,
          qızartma toyuq, ciyәr...
             – Nә yeyәcәksiniz? – soruşurlar. – Buyurun, әllәrinizi yuyun!
             – Nә yemәk istәdiyini xәstәdәn soruşarlar, – deyirәm. –
          Sağlam adama belә sualı vermәyә ehtiyac yoxdur. Sәxavәtinizә
          görә minnәtdaram! Düzdür, bir qәdәh araq yaxşı idi, amma evdә
          arvad-uşağın, Allah canlarını sağ elәsin, gözü yoldadır… Belә
          bir mәqamda masa arxasında oturub kef elәmәk... Әgәr lütf
          elәsәniz...
             Nәyә işarә etdiyimi başa düşüb arabaya bulka, balıq, qızartma
          toyuq, çay, qәnd, bir qab әrinmiş yağ, mürәbbә qoydular.
             – Bunları, – deyirlәr, – arvad-uşağa pay apararsınız. İndi isә
          buyurun deyin, zәhmәtinizә görә sizә nә qәdәr vermәliyik?




                                                              299
   294   295   296   297   298   299   300   301   302   303   304