Page 300 - Sholom_Aleyhem_Макет 1
P. 300

Şolom Aleyxem

                – Üzr istәyirәm, – cavab verirәm, – buyurmaq nә demәk?
            Ürәyiniz necә istәyir, elә dә olsun... Razılığa gәlәrik... Necә
            deyәrlәr, bir onluq az, bir onluq çox... Dilәnçi bununla kasıb
            olmaz...
                –Yox! – razılaşmırlar. – Reb Tevye, biz mәblәği sizin dilinizdәn
            eşitmәk istәyirik! Qorxmayın, buna görә, Allah elәmәmiş, başınızı
            kәsmәzlәr!
                Düşünürәm: “İndi necә qiymәt oxuyum?  Yaxşı düşmür:
            deyim, bir rubl, azdır! Bәlkә, iki rubl almaq olar? İki rubl demәyә
            dә qorxuram, fikirlәşәrlәr ki, başı xarab olub, nәdәn ötrü iki rubl
            vermәliyik?”
                – Üç!.. – ağzımdan qaçırıram vә hamı qәh-qәhә çәkir,
            xәcalәtdәn, az qalır, yerә girim.
                – Keçin günahımdan! – deyirәm. – Bәlkә, dilim topuq vurdu.
            Atın dörd ayağı olsa da, sәndәlәyir, adamın isә bir dili var, o da...
                Gülmәkdәn uğunub gedirlәr, gözlәrindәn yaş axır.
                Ev sahibi:
                – Bәsdir güldünüz, – deyir vә döş cibindәn böyük pul kisәsi
            çıxarır, sizcә, oradan nә qәdәr pul götürsә, yaxşıdır?  Tapın
            görüm? Onluq! Qırmızı, alışıb-yanan onluq! – Bu, mәndәn! –
            әtrafdakılara müraciәt edir, – sizin dә ürәyinizdәn nә qәdәr
            keçirsә, verin...
                Göz qırpımında beşlik, üçlük, birrublluq әsginaslar masanın
            üstünә tökülür – әl-ayağım әsir, indicә huşumu itirәcәyәm.
                – Hә, nә durmusunuz? – varlı adam deyir. – Pulları götürüb
            arvad-uşağınızın yanına gedin.
                – Allah әvәzini versin! – deyirәm. – Qoy varınız onqat, yüz -
            qat çox olsun! Bu evә xoş güzәran, şadyanalıq arzulayıram!
                Vә pulları ikiәlli yığmağa başlayıram, saymayıb cibimә
            dürtürәm.
                – Gecәniz xeyirә! – deyirәm. – Salamat qalın, Allah sizi vә
            uşaqlarınızı, nәvәlәrinizi, bütün nәslinizi xoşbәxt elәsin!
                Arabaya tәrәf gedirәm. Bu vaxt varlı adamın arvadı – ipәk
            yaylıqlı qadın deyir:





             300
   295   296   297   298   299   300   301   302   303   304   305